Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Umayra Tağıyeva: Abşeron yarımadasında sulu qar yağacaq

Hər il Bakıda Su çərşənbəsində fərqli hava müşahidə olunur, illər bir-birinə bənzəmir. Bunu elə son 10 ilin statistikasında görmək olar...

Poliqon.info xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O bildirib ki, bəzən il arası fərqlər 20 dərəcəyə yaxınlaşır: "Məsələn, əgər 2017-ci ilin Su çərşənbəsində 2 dərəcə şaxta olubsa, 2020-ci ildə 18 dərəcə isti qeydə alınıb”.

Umayra Tağıyeva qeyd edib ki, ilk tonqalın su çərşənbəsində qalanması buzların əriməsinin, qışın arxada qalmasının göstəricisidir. Amma bu il fevral ayı son ongünlüyündə də öz “mövqeyini əldən vermir”.

"Elə bu həftənin ortalarında qısa müddətə qış soyuğu hiss olunacaq, qar yağıntısı bir çox bölgələrimizi əhatə edəcək. Abşeron yarımadasında fevralın 23-ü axşamdan başlayan yağıntının 24-də sulu qara keçəcəyi gözlənilir. Lakin axşama doğru yağıntı tədricən kəsiləcək. Havanın minimal temperaturu 0 dərəcəyə yaxın olacaq”, o deyib.

Xidmət rəisi Su çərşənbəsində respublikanın çaylarında sululuq haqqında da məlumat verib.

“Qışda ümumiyyətlə çaylarda aşağı sululuq olur, dağlarda mənfi temperatur və yağıntı qar şəklində olduğu üçün bəzi çayların mənbəyi donur. Belə ki, Kiçik Qafqaz çaylarında sululuq ongünlük normanın 73, Lənkəran-Astara bölgəsi çaylarında isə 26 faizini təşkil edir. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsində digər ərazilərlə müqayisədə bu il daha çox yağıntı müşahidə olunub ki, bu da çayların sululuğuna təsir edib. Hazırda bölgənin əsas çaylarında sululuq ongünlük normanın 147 faizini təşkil edir. Kür-Qıraqkəsəmən məntəqəsində sululuq ongünlük normanın 76 faizini, Qanıx-Cəlayir məntəqəsində isə 33 faizini təşkil edir”.

Umayra Tağıyeva dünyada su qıtlığının müşahidə olunduğu bir vaxtda hər kəsi sudan maksimum qənaətlə istifadə etməyə çağırıb.

poliqon.info


Etiket: ETSN


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Azərbaycanda bu avtomobillərə maraq kəskin azaldı - Video

Rusiya Kurskda Ukrayna hərbçilərini vurdu - Video

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Paris-2024: Medal siyahısında dəyişiklik ola bilər - Səbəb

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadılıb? - Araşdırmalara başlanıldı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay