Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp seçkilərdə ABŞ yəhudilərindən rekord dəstək ala bilər

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkədə keçiriləcək prezident seçkilərində rekord sayda amerikalı yəhudinin dəstəyini qazana bilər...

Poliqon xəbər verir ki, bu barədə New York Post qəzeti Respublikaçıların seçki qərargahının sorğusuna cavab verən Con Maklaflinə istinadən yazıb.

"Prezident Trampın bütün zamanların yəhudi səslərinin ən böyük hissəsini almaq şansı var", deyə Maklaflin bildirib.

New York Post Tramp kampaniyasındakı mənbələrə və bəzi siyasətçilərə istinadən qeyd edir ki, yəhudilər arasında Respublikaçılar Partiyasına dəstəyin artması antisemitizmin artması və ifrat solçu demokratların İsrailə qarşı düşmənçiliyi səbəbindən seçicilərin ikrah hissi ilə əlaqələndirilir.

Qəzetin yazdığına görə, yəhudilərin təxminən 70%-i ənənəvi olaraq Demokratlar Partiyasına səs verir, respublikaçılar isə 30%-dən çox olmayan səs toplayır. Lakin bu il Maklaflin Trampa yəhudi dəstəyinin, xüsusən də Pensilvaniya, Miçiqan, Nevada, Arizona və Corciya kimi ştatlarda, eləcə də ölkənin ən böyük yəhudi icmalarının yaşadığı Nyu-York şəhərinin bəzi yerlərində artacağını gözləyir.

New York Post qəzetinin yazdığına görə, səslərin bölüşdürülməsində kiçik bir dəyişiklik belə, Seçki Komissiyasına təsir edə və prezidentlik yarışının nəticələrini dəyişə bilər.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Keçmiş prezident Donald Trampın Respublikaçılar Partiyası tərəfindən dövlət başçısı vəzifəsinə namizədliyi rəsmən irəli sürülüb. Onunla yanaşı, Ohayodan olan senator Cey Di Vens vitse-prezidentliyə namizəd kimi təsdiqlənib. Demokratların namizədi isə hazırkı vitse-prezident Kamala Harris olacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib - Yenilənib

İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Yenilənib

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - Yenilənib

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Bild: Kiyev münaqişənin müvəqqəti dondurulmasına hazırdır

Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür

Ən çox oxunanalar