Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ucarın bu kəndində orta əsrlərdir – Foto

Ucarın Qaradağlı kəndinin sakinlərinin şikayəti var. Kəndlərinin yolları pis vəziyyətdədir. Deyirlər ki, qışda vəziyyətləri daha ağır olur, palçıqda yolu güc-bəla ilə keçib gedirlər. Yayda isə yolun toz-torpağını udurlar.

“Həftədə bir neçə dəfə həkimə, şəhərə işə gedən olur, hamı əziyyət çəkir. Yolun bərbad olması gediş haqqını da baha edir, hamısı da insanların cibindən gedir”, – kənd sakinlərindən Namiq Həsənov belə deyir.

Sakinlər bildirirlər ki, dəfələrlə yığışıb aidiyyatı qurumlara müraciət ediblər. Amma şikayətlərinə, müraciətlərinə baxan olmayıb:

“Hətta br dəfə hansısa televiziya da gəlmişdi çəkilişə. Yenə veclərinə alan olmadı”.

Namiq Həsənova görə hər şey yoldan başlayır – təhsil, mədəniyyət, inkişaf…
“Yol olmayandan sonra nə təhsildən, nə də mədəniyyətdən danışmaq olar. Dəfələrlə müraciət etmişik, gəlirlər, bir-iki yerinə yamaq vurub gedirlər. Bir-iki gün yağış yağanacandır, pis günə qalır”, – Həsənov gileylənir.

Namiq Həsənov

Sakinlər deyirlər ki, illər əvvəl yola yaxşı asfalt çəkilib, amma bunu dövlət yox, kənddən olan xeyriyyəçi edib:

“Bir xeyriyyəçi var idi, Rusiyada yaşayırdı. Kənddə məscid tikdirdi, 2 kilometrə qədər yol çəkdirdi. Ancaq zamanla xarab oldu. İndi o xeyriyyəçi də rəhmətə gedib. Biz də kasıb adamlarıq, heç çınqıl alıb yola tökə bilmərik. Bu işlərə gərək dövlət baxsın. Yol çəkdirmək kəndlinin imkanı xaricindədir”.
Namiq Həsənov deyir ki, sağ və soldakı kəndlərin hər birində yol normaldır.

Bircə onların probleminə baxılmır:

“Yumruq kimi kənd olsaydıq, yolumuz bu gündə olmazdı. İnsanlar humanistdir, fağırdır, ona görə də bizim kəndə baxan yoxdur. Bələdiyyə də deyir ki, mənlik deyil, bu, mənim büdcəm xaricindədir. Bəli, düz də deyir. Çünki yol çəkilişi ucuz başa gələn bir iş deyil. Kəndin də yolu azı 4 kilometrdir. Bunun üçün büdcədən vəsait ayrılmalıdır. Nə camaatın, nə də bələdiyyənin bacaracağı işdir”.

“İnsanlar humanistdir, fağırdır, ona görə də bizim kəndə baxan yoxdur”

Ucar Rayon İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsindən isə bildiriblər ki, problemdən xəbərləri var. Ancaq yol çəkilişi böyük vəsait tələb etdiyindən, yerli qurumların bu problemi həll etməyə gücü çatmır:

“Ancaq planda var ki, bu barədə yazaq və növbəti illərin birinin büdcəsinə daxil edilsin”.

Sakinlər isə deyirlər ki, səriştəsiz məmurlar onları boğaza yığıb. Artıq müraciət etməkdən də yorulublar, xeyri yoxdur:

“Bir-üç-beş-on – sonsuzluğa gedir. Hamı bezir və axırda hərə çəkilir bir qırağa. Nəticədə də problem həll edilmir”. (Meydan.tv)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Azərbaycanda bu avtomobillərə maraq kəskin azaldı - Video

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

FHN Mingəçevirdə 35 yaşlı kişinin suda batması faktı ilə bağlı məlumat yayıb - Yenilənib

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadılıb? - Araşdırmalara başlanıldı

Rusiya Kurskda Ukrayna hərbçilərini vurdu - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay