Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qətər Həcc ziyarəti ilə bağlı BMT-yə şikayət etdi


Qətər Səudiyyə Ərəbistanının qətərli zəvvarlara qarşı tətbiq etdiyi qadağalarla bağlı BMT tabeliyindəki qurumlara şikayət məktubu göndərib


Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, məktubda qətərli zəvvarların digər müsəlmanlar kimi Həcc ziyarətini gerçəkləşdirməsinə əngəllər törətdiyi üçün Səudiyyə Ərəbistanı barədə təcili tədbirlər görülməsi istənilib.

Qətər İnsan Haqları Komitəsinin (NHRC) sədri Əli ibn Samih əl-Merri BMT-nin Din və İnanc azadlığının Şəxsi Məruzəçisinə göndərdiyi məktubda həcc mövsümünün yaxınlaşdığı ərəfədə Qətərdən Səudiyyə Ərəbistanına birbaşa uçuşlara qoyulan qadağanın hələ də hökm sürdüyünü, iki ölkə arasındakı sərhəd keçid məntəqələrinin də bağlı olduğunu və buradan qətərli zəvvarların keçməsinə icazə verilmədiyini qeyd edib.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanının Həcc Məzələləri üzrə Nazirliyi 2018-ci il həcc mövsümü üçün hazırlıqların başa çatdığını və dünyanın müxtəlif ölkələrindən bu il 2 milyondan çox zəvvarın ölkəyə gələcəyini açıqlamış, eyni zamanda qətərli zəvvarların da Qətərə aid olmayan hər hansısa bir hava yolları şirkəti vasitəsilə Ciddə şəhərində yerləşən Kral Əbdüləziz Hava Limanından səfər edə biləcəkləri bildirilmişdi.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirin 5 aprel 2017-ci il tarixdən etibarən Qətərlə diplomatik münasibətlərini dayandırmaları Körfəz bölgəsində böhrana yol açmışdı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verib

Ən çox oxunanalar