Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Priqojin Ukraynada müharibənin dayandırılmasını istəyir... - Bu təklif nədən xəbər verir?..

Rusiyanın muzdlu “Vaqner” qruplaşmasının rəhbəri Ukraynada müharibənin dayandırılmasıyla bağlı geniş yazı yayımlayıb...

Politoloq: “Priqojinin məntiqi sadədədir. Yəni Priqolin deyir ki, Rusiya Donbasın böyük hissəsini ələ keçirib, Ukrayna parçalanıb, xeyli itki verib, Azov dənizinə çıxış nəzarətə götürülüb, Krıma quru yolu var və bu yetərlidir. İndi əldə olanı qorumaq lazımdır”.

“Priqojinin təklifi bölgəyə sülh gətirməsə də, Rusiya siyasi elitasında və cəmiyyətində “müharibəni daha nə qədər davam etdirə bilərik” diskussiyalarını genişləndirəcək”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Rusiyanın muzdlu “Vaqner” qruplaşmasının rəhbərinin müharibənin dayandırılması təklifini Poliqon-a şərh edərkən qeyd edib.

Rusiyanın muzdlu “Vaqner” qruplaşmasının rəhbəri Yevqeni Priqojin Ukraynada müharibənin dayandırılmasıyla bağlı geniş yazı yayımlayıb. Bilirik ki, Priqojin Putinin ətrafında olanlar arasında radikal müharibə tərəfdarlarından biri olaraq çıxış edib. Yarım il ərzində Baxmutu ala bilməyən Priqojinin indi belə bir bəyanatla çıxış etməsi nədən xəbər verir?

Mövzu ilə bağlı Poliqon-un əməkdaşı Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikirlərini öyrənib.

Elxan Şahinoğlu: “Priqojin bəlkə də savaşda iştirak edən rusiyalı generalların açıq deyə bilmədiyini səsləndirib”.

Yevgeniy Priqojinin Rusiya müharibənin dayandırıldığını elan etsə belə, Ukraynanın dayanmayacağını anladığını vurğulayan politoloq Poliqon-a bildirib ki, Kiyev müharibənin dayandırılmasını deyil, Rusiya ordusunun Ukrayna ərazisini tərk etməsini istəyir:

“İşğalçı müharibə başlayandan bu yana Priqojinin açıqlamalarını və müxtəlif məsələlərə reaksiyasını izləyirəm və gəldiyim qənaət budur ki, bu şəxs başkəsənlərin lideri kimi Ukrayna torpaqlarının işğalında və qətliamlarda xüsusi rolu olsa da, Priqojin Putinin ətrafında olanlar arasında zaman-zaman mövcud durumu bəzəmədən dilə gətirənlərdən biridir. Məsələn, Kremlin təbliğat ruporları televiziya kanallarında müharibədə “uğurlardan” danışarkən, Ukrayna ordusunu aşağılarayarkən Priqojin “qarşı tərəf zəif deyil, müqaviməti güclüdür” deyirdi. İndi isə Priqojin deyir ki, müharibəni dayandırmaq lazımdır.

Priqojinin məntiqi sadədədir. Yəni Priqolin deyir ki, Rusiya Donbasın böyük hissəsini ələ keçirib, Ukrayna parçalanıb, xeyli itki verib, Azov dənizinə çıxış nəzarətə götürülüb, Krıma quru yolu var və bu yetərlidir. İndi əldə olanı qorumaq lazımdır. Priqojin bəlkə də savaşda iştirak edən rusiyalı generalların açıq deyə bilmədiyini səsləndirib. Priqojin və onunla həmfikir olan generallar anlayırlar ki, müharibənin davamı Rusiyanın itkilərini artıracaq, ortada isə real nəticə olmayacaq.

Elxan Şahinoğlu: “Priqojinin təkliflərində işğal ərazilərini tərk etmək cümləsi yoxdur”.

Yevgeniy Priqojin onu da anlayır ki, Rusiya müharibənin dayandırıldığını elan etsə belə, Ukrayna dayanmayacaq. Çünki Kiyev müharibənin dayandırılmasını deyil, Rusiya ordusunun Ukrayna ərazisini tərk etməsini istəyir. Priqojinin təkliflərində isə işğal ərazilərini tərk etmək cümləsi yoxdur.

Priqojin Ukraynanın Rusiyanın təklifinə razılaşmayacağı halda hadisələrin iki variantda inkişaf edəcəyini proqnozlaşdırıb: “Ya Ukrayna ordusu əks-hücuma keçərək hansısa ərazilərin azad etdikdən sonra müqavimət gücü zəifləyəcək, ya da onların əks-hücumu nəticə verməyərək, biz onları Polşa sərhədinə qədər qovmağa başlayacağıq”. Ancaq Priqojin yazısında muzdluların və Rusiya ordusunun Ukrayna ordusunu Polşa sərhədinə qədər qovacaq enerjisinin və potensilanın qalmadağına da işarə edib.

Priqojinin yazısından hansı nəticə çıxarmaq mümkündür?

Birincisi, “Vaqner” muzdluları və Rusiya ordusu irəliyə bilmir və itkiləri artır.

İkincisi, Priqojin Ukrayna ordusunun böyük əks-hücum əməliyyatına başlayacağına və bunun Rusiya üçün ağır nəticələri olacağına eyham vurub.

Üçüncüsü, Priqojinin təklifi bölgəyə sülh gətirməsə də, Rusiya siyasi elitasında və cəmiyyətində “müharibəni daha nə qədər davam etdirə bilərik” diskussiyalarını genişləndirəcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri

“8-ci kilometr bazarı”ndakı yanğında bir nəfər zəhərlənib - Yenilənib

Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham edilir? 

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda... - Nazirlər Kabinetindən qərar

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən şəxsin kimliyi məlum olub - Yenilənib

Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski" Bakıda həbs edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay