Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bild: Putinin azad etdiyi Vadim Krasikov Sobçakın qətlində iştirak edib?..

Qərb kəşfiyyatı Putin və Krasikovun keçmişdə sıx əlaqədə olduğunu və qatilin Kreml üçün təhlükəli biliyə malik olduğunu iddia edir...

Poliqon xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

“Putin, ola bilsin ki, Krasikov Almaniya həbsxanasında qalsa, onu azad etmək üçün hər şeyi etmədiyinə görə Rusiya rejimindən qisas almaq və ya Almaniya hakimiyyət orqanları ilə razılaşmaya gedərək onun mühüm məlumatları açıqlayacağından qorxub”, deyə “Bild” yazır.

Nəşr qeyd edir ki, Putinin hakimiyyətə gəlməsində Krasikovun rolu ola biləcəyinə dair şübhələr var. Putinin 1990-cı illərdə Sankt Peterburq meri, Rusiyanın tanlnmış siyasətçisi Anatoli Sobçakın köməkçisi olduğu qeyd edilir və güman edilir ki, Putin Sobçakın siyasi rəqiblərinə qarşı bir sıra əməliyyatları idarə edib.

“Lakin 2000-ci ilin fevralında, Putin prezident kimi fəaliyyətə başladıqdan bir neçə həftə sonra Sobçak qəfil öldü. Ölümün rəsmi səbəbi infarkt olaraq göstərildi, lakin bu Sobçakın müəmmalı ölümünün yalnız bir versiya olaraq qaldı. Qohumları Sobçakın öldürüldüyünü güman edirdilər”, deyə nəşr yazır.

Krasikovun Putinin siyasi mentorunun öldürülməsi ilə əlaqəsi varmı? Və iz Putinin özünə aparmırmı?

Qərb kəşfiyyatı bundan şübhələnir və Putinin Krasikovun azadlığa buraxılması üçün bu qədər inadla mübarizə aparmasının məhz buna görə olduğunu düşünürlər.

Nəşr qeyd edir ki, Putin keçmişi ilə bağlı məlum olanlara böyük əhəmiyyət verir. Kəşfiyyat xidmətlərinin onun Sobçakın qətlində əli olması ilə bağlı şübhələri doğrudursa, bu, Putinin ən sevimli xarakterini - guya çox yüksək qiymətləndirdiyi sədaqət prinsipini şübhə altına alacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - Video

Bu “sürət”lə hara gedirik? - ADY tənqid edildi

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama

İpoteka artırıldı: Bakıda mənzillər bahalaşacaq

Ən çox oxunanalar