Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moldova müxalifətinin prezidentliyə namizədin adı açıqlanıb

Moldova müxalifətinin "Qələbə" bloku İntibah Partiyasının liderlərindən biri Vasili Bolyanı Moldova prezidenti postuna namizəd kimi irəli sürüb...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bunu "Qələbə" blokunun rəhbəri, Moldovalı müxalif siyasətçi İlan Şor Kişinyovda keçirdiyi mətbuat konfransında deyib.

"Vasili Bolya hamının dəstəklədiyi namizəddir və əminəm ki, gələcək prezidentdir", deyə Şor bildirib.

Moldova Mərkəzi Seçki Komissiyası avqustun 1-də prezident seçkilərinin başlandığını elan edib. Yarışın rəsmi startı avqustun 20-nə, seçkilərin özü isə oktyabrın 20-nə təyin edilsə də, potensial namizədlər kifayət qədərdir.

İkinci müddətə namizəd olmaq arzusunu ilk elan edən hazırkı dövlət başçısı Maya Sandu 2023-cü ilin sonunda açıqlayıb. Ondan başqa, artıq 10 nəfər seçkilərdə iştirakını elan edib.

İddiaçılar arasında üç keçmiş baş nazir - İnkişaf və Birləşmə Partiyasının lideri İon Çiku, Respublika Sənayeçilər və Sahibkarlar Milli Konqresinin sədri Vasili Tarlev, Avropayönlü Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Filat, Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Tudor Ulyanovski də var.

Moldovada prezident seçkiləri ilə yanaşı, oktyabrın 20-də ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı referendum keçiriləcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Fransada Makrona qarşı etiraz aksiyası keçirilir

Ən çox oxunanalar