Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NİİM motosiklet və moped idarə edən şəxslərə xəbərdarlıq edib

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) motosiklet və moped idarə edən şəxslərə xəbərdarlıq edib...

NİİM-dən Poliqona daxil olan xəbərdarlıqda deyilir:

“Motosiklet və moped idarə edən şəxslərin bir çoxu yollarda necə gəldi hərəkət edirlər, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atırlar. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi müşahidə kameralarının qeydə aldığı görüntülər əsasında onlar tərəfindən törədilən qayda pozuntularını təhlil edib.

Məlum olub ki, motosiklet və moped idarə edən bəzi şəxslər əsasən işıqforun qırmızı işığından keçməklə yanaşı, əks istiqamətdə hərəkət etmə, manevr etmə qaydalarını və nişanlanma xətlərinin tələblərini pozmaqla yollarda təhlükəli vəziyyət yaradırlar. ”Yol mənimdir, istədiyim kimi hərəkət edərəm” fikri ilə yollarda sürücülərə qəza şəraiti, piyadalara isə təhlükəli vəziyyət yaradan belə şəxslər “Yol Hərəkəti Haqqında” qanunun tələblərini kobud şəkildə pozurlar.

Müşahidə kameralarının qeydə aldığı görüntülərdən o da aydın olub ki, qaydalara əməl etməyənlər daha çox kuryer xidməti göstərənlərdir. Onların bağlamaları sürətli çatdırmaq istəyi çox vaxtlarda qayda pozuntusuna və yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Təbii ki, qayda pozuntuları diqqətdən kənar qalmır.

Belə ki, cari ilin 5 ayı ərzində paytaxt da daxil olmaqla respublika yollarında qaydaları pozan 109 motosiklet, 918 moped, ötən ildə isə 270 motosiklet, 2 min 491 moped idarə edən şəxs barəsində inzibati cərimə tətbiq edilib. Lakin onlar yol hərəkəti qaydalarına düzgün riayət etsələr, cərimə olunmamaqla yanaşı, heç kimin həyatı üçün təhlükəli vəziyyət yaratmazlar”.

Poliqon.info


Etiket: NİİM


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur meyxanaçının evinə basqın edildi    

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

AzTV-nin sədr müavini vəzifəsindən getdi - Başqa kanala rəhbər gətirilir

Məşhur iş adamı külli miqdarda cərimə edilə bilər

Netanyahu: İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Xəzər dənizində 52 yaşlı balıqçı batıb - Video    

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər     

Ən çox oxunanalar