Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Haniyə Türkiyənin parçalanmasını istəyib? - 12 illik gerçək

HƏMAS-ın Siyasi Bürosunun qətlə yetirilmiş rəhbəri İsmayıl Haniyənin 12 il öncə Türkiyədə səfərdə olarkən dediyi sözlər yenidən gündəmə gəlib. Haniyənin illər əvvəl "Diyarbəkiri müstəqil görmək istəyirik" dediyi iddia edilməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

HƏMAS bu fikirlərin səsləndirilməsini təkzib etsə də, mövzu ciddi şəkildə müzakirə edilir.

Haniyə 2012-ci ildə Türkiyədə səfərdə olarkən Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Səlahəddin Dəmirtaşla görüşdə nələrdən danışıb? Həqiqətən, Diyarbəkirlə bağlı həmin sözləri deyibmi?

Poliqon xəbər verir ki, globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltanın sözlərinə görə, bu məsələyə ötən ilin oktyabr ayında Türkiyə Prezident Administrasiyasının verdiyi açıqlama ilə aydınlıq gətirilib:

"Həmin açıqlamada bildirildi ki, İ.Haniyə Səlahəddin Dəmirtaşla görüşdə elə bir ifadə işlətməyib. Səfər zamanı HƏMAS rəsmisi Türkiyənin digər partiya nümayəndələri, həmçinin Cümhuriyyət Xalq Partiyasının (CHP) rəsmiləri ilə də görüşüb.

Ümumiyyətlə, bu, Türkiyədə adətdir. Ankarada hörmət görən dövlət başçıları, həmçinin təşkilat sədrləri parlamentdə təmsil olunan partiya liderləri və nümayəndələri ilə görüşür. Çünki Türkiyədə Fələstin məsələsi tez-tez müzakirə edilir. İ.Haniyə də buna görə müxalifət liderləri ilə görüş keçirib".

S.Soltan Haniyənin adından belə açıqlamaların məqsədli şəkildə gündəmə gətirildiyini bildirib:

"Yəni həmin səfər zamanı CHP və Milliyyətçi Hərəkat Partiyası (MHP) liderləri ilə görüşən Haniyənin, daha sonra HDP liderinə "Diyarbəkiri müstəqil görmək istəyirik" deməsi gülünc olardı. Hesab edirəm ki, bu tipli məsələlərin indi ortaya çıxması Türkiyənin Fələstin məsələsinə olan diqqətini yayındırmaq üçündür. Xüsusilə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fəaliyyətinə kölgə salmağa hesablanıb. "Ankara HƏMAS-ı dəstəkləyir¸amma onun rəsmi nümayəndəsi Türkiyənin maraqlarına uyğun gəlməyən açıqlama verib" imici yaradılır".

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

Müharibənin Zəngəzura keçməsinin qarşısı belə alındı - Marukyan

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay