Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qanunsuz parklanma yerləri təşkil edənlər saxlanıldı

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, Bakı şəhərində qanunsuz parklanma yerlərini təşkil edən şəxslər müəyyən olunaraq tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb...

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qanunsuz parklanma yerlərini təşkil edən, yaxud həmin xidmətlə bağlı ödəniş tələb edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən son iki gün ərzində paytaxtın müxtəlif ərazilərində 216 nöqtədə həyata keçirilən monitorinqlər və profilaktik tədbirlər zamanı bu qeyri-qanuni hallara yol verən 159 şəxs müəyyən olunaraq saxlanılıblar.

Onlar barəsində qanunla nəzərdə tutulan qaydada tədbirlər görülüb.

Qeyd edək ki, dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilirlər.

İşin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunması da nəzərdə tutulub.

Göstərilən qanun pozuntusuna yol verən hüquqi şəxslər isə min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə olunurlar.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verib

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Telefonunuzu bu yerlərdə şarj etməyin - Təhlükəlidir

İsrailin müdafiə naziri: Kim bizə hücum etməyə cəsarət etsə, əvəzini ağır ödəyəcək

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay