Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda pilotların lazımi məlumatları təqdim etməsi qaydası təsdiq edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Kapitan (komanda verən pilot) tərəfindən obyektiv səbəblərdən öz vəzifələrini yerinə yetirə bilmədikdə, uçuş başa çatdıqdan sonra bu halla bağlı bütün məlumatların təqdim edilməsi Qaydası”nı təsdiqləyib...

Poliqon xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

Qərara əsasən, pilot uçuş zamanı baş verən hallarla bağlı uçuş başa çatdıqdan sonra nazirlik yanında Dövlət Mülki Aviasiya Agentliyinə, hava gəmisinin sahibinə, hava gəmisinin sahibi tərəfindən istismar edilmədiyi halda isə istismarçısına məlumat verməlidir.

Belə ki, qanunsuz müdaxilə aktı baş verdikdə təxirəsalınmadan, digər hallar baş verdikdə isə 72 saat ərzində Agentliyə, hava gəmisinin sahibinə, hava gəmisinin sahibi tərəfindən istismar edilmədiyi halda isə istismarçısına məlumat verilməlidir. Məlumatlandırma yazılı qaydada həyata keçirilməlidir.

Dövlət və hökumət başçıları, habelə yüksək vəzifəli şəxslərdən ibarət nümayəndə heyətləri üçün nəzərdə tutulmuş uçuşlar (“liter” reyslər) zamanı baş verən müvafiq hallarda məlumatlandırma “Dövlət sirri haqqında” qanuna uyğun olaraq həyata keçiriləcək.

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verib

Fermerin sahəsində yemiş 15-20 qəpikdir: Bəs bu məhsulu Çindən niyə gətiririk?

Ən çox oxunanalar