Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tikinti bazarında sement bahalaşdı

Tikinti bazarında sementin qiyməti artıb...

Poliqon oxu.az-a istinadən bildirir ki, bu gün bazarda hər kisə sement üçün qiymət 20 qəpik bahalaşıb.

Maraqlıdır, ilk baxışdan cüzi görünən bu artım yeni binaların və ya həyət evlərinin qiymətlərinə təsir edəcəkmi?

Daşınmaz əmlak eksperti Nüsrət İbrahimov Oxu.Az-ın sorğusuna cavab olaraq artımın qaçılmaz olduğunu diqqətə çatdırıb.

"Ümumən tikintinin maya dəyərində tikinti materiallarının payı 40-45% təşkil edir. Sementin payı isə 10.5% olarsa, təbii ki, tikintinin maya dəyərində artım qaçılmaz olur. Lakin bu gün daşınmaz əmlak bazarında aparılan əqdlərin sayı son dörd ilin ən aşağı səviyyəsindədir. Ona görə də maya dəyərində qiymət artımının satış qiymətinə təsiri haqqında təsdiqedici fikir bildirmək, hesab edirəm ki, bir az tez olar. Yəqin, bu təsiri biz ilin sonunda və ya növbəti ilin əvvəlində hiss edərik", - deyə N. İbrahimov qeyd edib.

Bəs qiymətin artmasına səbəb nədir?

Sualımızı sement istehsalı ilə məşğul olan bəzi şirkətlərə ünvanladıq. Onlar da öz növbələrində qiymətin artırıldığını təsdiq etdilər. Qiymətin artmasına əsas səbəb kimi isə yanacağın qiymətinin artması göstərildi.

Qeyd olundu ki, yanacağın qiymətinin artması sementin maya dəyərini artırıb.

"Çünki yanacağın qiymətinin artması avtomatik olaraq daşınmaların qiymətinə, o da məhsulun maya dəyərinə təsir edir. Bu səbəbdən də biz qiymət artımını tənzimləmək məcburiyyətində qalırıq", - məlumatda deyilir.

Xatırladaq ki, iyulun 22-də mişardaşının qiymətində artım müşahidə olunub. 52 qəpik olan daş hazırda 0.8-1 AZN-ə satılır.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

Müharibənin Zəngəzura keçməsinin qarşısı belə alındı - Marukyan

İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay