Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın olimpiya çempionları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər - Foto

Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçuları Hidayət Heydərovla Zelim Kotsoyev Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər...

Poliqon Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, çempionlar çıxışlarında beynəlxalq arenalarda qaldırdıqları Azərbaycan bayrağının Ulu Öndər Heydər Əliyevin, şəhidlərin və qazilərin sayəsində qüdrətli olduğunu bildirib.

Medalçılar Ulu Öndəri və şəhidləri ziyarət edib ruhları qarşısında baş əyməyi özlərinə borc bilib.

Hidayət və Zelim Ulu Öndər Heydər Əliyevin məzarı önünə güllər qoyub, xatirəsini ehtiramla anıblar. Ziyarət zamanı Ulu Öndərin həyat yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Daha sonra çempionlar Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər.

Fotolar

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verib

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

İsrailin müdafiə naziri: Kim bizə hücum etməyə cəsarət etsə, əvəzini ağır ödəyəcək

Cəlilabadda 90 yaşlı kişini əqrəb sancıb - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay