Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İraq Yaxın Şərqdə müharibənin qarşısını almaq üçün şərti açıqlayıb

Yaxın Şərqdə genişmiqyaslı müharibənin qarşısını ancaq İsrailin Qəzza zolağında əməliyyatı davam etdirməkdən imtina etməsi və Livanla münaqişəni qızışdırmaması ala bilər...

Poliqon İNA Agentliyinə istinadən xəbər verir ki, bunu İranın baş naziri Məhəmməd Şia Əl-Sudani deyib.

Materialda avqustun 4-də hökumət başçısının ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı olduğu qeyd edilir. Söhbət zamanı o, İsrailin baş naziri Benyamin Netanyahunun regionun digər ölkələrinə hücumunu dayandırmağa çağırıb.

"Yaxın Şərqdə eskalasiyanın qarşısının alınması Qəzza zolağına təcavüzün dayandırılması və onun Livana yayılmasının qarşısının alınması ilə birbaşa bağlıdır", deyə siyasətçi vurğulayıb.

Entoni Blinken cavabında bildirib ki, Vaşinqton böhranın sülh yolu ilə həllində Bağdadın iştirakına ümid edir.

Avqustun 1-də Livanın Hizbullah hərəkatının baş katibi Həsən Nəsrullah strukturun İsrailə qarşı mübarizənin yeni mərhələsinə keçdiyini açıqlayıb. Onun sözlərinə görə, səbəblərdən biri yəhudi dövlətinin Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Həniyənin İranın paytaxtındakı iqamətgahına hücumu olub.

Qeyd edək ki, HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Tehrnda öldürülüb. İran buna görə İsraili ittiham edib və qisas alacağını bildirib. Bir sıra ölkələr, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Kanada, Azərbaycan öz vətəndaşlarını Livanı mümkün qədər tez tərk etməyə çağırıb. Ukrayna artıq 30 vətəndaşını Livandan təxliyə edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Fermerin sahəsində yemiş 15-20 qəpikdir: Bəs bu məhsulu Çindən niyə gətiririk?

Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verib

Ümumdünya Boks Təşkilatı: 2022-ci ildə gender testi boksçu Xelifin kişi olduğunu göstərib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay