Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsmayıl Haniyəyə sui-qəsd: Türkiyə kəşfiyyatı HƏMAS liderini necə qoruyurdu?

Türkiyənin təhlükəsizlik qüvvələri İran səfərindən əvvəl HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə sui-qəsd cəhdi olacağı barədə xəbərdarlıq edib...

 

Oxu.Az-ın məlumatına görə, bu barədə "Türkiye Gazetesi" öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, Haniyəyə qarşı daha əvvəl İstanbul və Dohada iki ayrı sui-qəsd cəhdi təşkil edilsə də, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) bunun qarşısını alıb.

"Ailə üzvlərinin öldürülməsindən sonra Türkiyəyə gələn Haniyəyə qarşı şübhəli fəaliyyətlər aşkar edildi. MİT təhlükəsizlik səviyyəsini yüksəldərək Haniyənin ətrafında polad qalxan qurdu. Türkiyə kəşfiyyatının bu mövzudakı həssaslığı Qətərdə də davam etdi. HƏMAS-dan bir səlahiyyətli İsmayıl Haniyənin İstanbul və Dohada iki ayrı sui-qəsd cəhdindən xilas edildiyi və MİT-in qabaqlayıcı təşəbbüsləri sayəsində bu prosesləri sağ-salamat keçdiyini bildirdi", - deyə nəşrdə vurğulanıb.

HƏMAS və Haniyəyə yönəlik xəbərdarlığın Tehran rəhbərliyi ilə paylaşılıb-paylaşılmadığına dair hər hansı bir məlumat yoxdur.

Nəşrdə MİT-in Tehran səfəri öncəsi əlavə olaraq mobil rabitə vasitələri, quru nəqliyyatı və internet istifadəsi mövzularında da HƏMAS-ı xəbərdar etdiyi bildirilir.

Xatırladaq ki, İsmayıl Haniyə İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahına hücum nəticəsində öldürülüb.

Bir neçə gün öncə isə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Haniyəyə sui-qəsdin detallarını açıqlayıb.

Mediada yayılan məlumata görə, Haniyənin öldürülməsi ilə bağlı araşdırma dərinləşdikcə İran təhlükəsizlik qüvvələri tərəfindən dindirilən şəxslərin sayı 70-i keçib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Britaniya Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərtləri açıqlayıb

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

Rusiyaya qarşı sanksiyalar dünyanın ən böyük uran mədənçisinə problemlər yaradıb

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Prezident XVII Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Ən çox oxunanalar