Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jeenbek Kulubayev: “Orta Dəhliz Avropaya yüklərin tranzitini sürətləndirə bilər”

Qırğızıstan Orta Dəhlizi Avropaya yüklərin tranziti üçün alternativ marşrut kimi nəzərdən keçirir...

"Report"un Qırğızıstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu xarici işlər naziri Jeenbek Kulubayev nazirliyin 2024-cü ilin birinci yarısında fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Rusiya dəhlizinin bağlanması ilə yüklərin Avropaya daşınması və tranziti xeyli çətinləşib. Hazırda bütün yüklər cənub dəhlizindən keçir: əvvəlcə İrana, oradan Türkiyəyə, daha sonra Avropaya, əks istiqamətdə isə analoji marşrutla göndərilir. Bununla belə, daşınma prosesini sürətləndirə biləcək alternativ yollar nəzərdən keçirilir. Onlardan biri Qazaxıstan, Türkmənistan, AzərbaycanQafqazdan keçən Orta Dəhlizdir”, - nazir qeyd edib.

Onun sözlərinə görə, bu layihələr avropalı tərəfdaşlar və Mərkəzi Asiya ölkələri ilə fəal şəkildə müzakirə olunur.

“Tərəfdaşlar regionda daşıma prosesini asanlaşdırmaq və ticarəti artırmaq üçün bu istiqamətdə birgə işləməyə hazırdırlar. Bu, həm də uzaq tərəfdaşlardan investisiya cəlb etməyə imkan verə bilər. Bu platformanın istifadəsi həm Mərkəzi Asiya ölkələri, həm də bizim üçün faydalıdır, çünki vahid bazar kimi çıxış etməyə və regionun birgə inkişafına kömək etməyə imkan verir”, - J.Kulubayev bildirib.

Qeyd edək ki, Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropa ölkələrinə qədər uzanır. 2023-cü ildə bu marşrutla 2,7 milyon ton yük (2022-ci ilə nisbətən 86 % çox) daşınıb, 2024-cü ildə yük axını 4 milyon tonu ötə bilər.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

"Formula-1"lə bağlı Mərkəzi Bankın nağd pul ofisi fəaliyyətini dayandıracaq

İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilənib

Rusiyanın hərbi texnikası nə vaxt tükənəcək? -  Analitiklərdən məyusedici proqnoz 

Politoloq: Azərbaycan dövlətinin humanistliyi zatən ABŞ-dan çoxdur...

Tramp və Harris Ukrayna münaqişəsinin həlli ilə bağlı mübahisə ediblər

Ermənistanda hakim partiyanın üzvləri: Azərbaycanı divara dirəməyə hazırıq...

Ən çox oxunanalar