Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının məşhur gecə klubu yarıldı: Külli miqdarda oğurluq - Siyahı

Bakıda məşhur gecə klubundan külli miqdarda oğurluq hadisəsi baş verib...

Qaynarinfo-nun məlumatına görə, hadisə Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən Zabitlər parkındakı "XOXO" gecə klubunda baş verib. 

Klubdan böyük monitor pultunun (500 manat), blenderin (600 avro), sok çəkən maşının (400 avro), DJ pultunun (6.000 dollar), dinakorun (3.000 manat), dəyərində sok sıxan aparatın (200 avro), "Alen&Heath" firmasından olan səs nizamlayıcı DJ aparatının (3.000 manat), kofe üyüdən aparatın (3.000 manat), "Dell" markalı kompüter monitorunun (100 manat), "HP” markalı notbukun (250 manat), 2 ədəd elektron kassa-menyu aparatının (5.000 manat), "Samsung" markalı kompüter monitorunun (50 manat), 3 ədəd aliminium qazanın (150 manat), 2 ədəd aliminium tavanın (60 manat), 10 ədəd boşqabın (50 manat), 10 ədəd qaşığın (20 manat), 15 ədəd çəngəlin (30 manat), tozsoranın (30 manat), 1000 metr uzunluğunda elektrik naqilləribnin (1000 manat) oğurlandığı məlum olub. O cümlədən "XOXO"nun Aqil adlı sahibinin notbuku da oğurlanıb. 

Oğurluğun 2002-ci ildə Bakıda anadan olmuş Vüsal və 1973-cü ildə Bakıda dünyaya gələn Eldar adlı şəxs tərəfindən törədildiyi məlum olub. Vüsal və Eldar barəsində Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə Vüsala 2 il 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Eldar isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. 

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Müharibənin Zəngəzura keçməsinin qarşısı belə alındı - Marukyan

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay