Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alimlər xərçəng şişlərinin böyüməsinin qarşısını alan hüceyrə yaradıb

Helsinki Universiteti (Finlandiya) orqanizmdə xərçəng şişinin böyüməsini dayandırmaq üçün istifadə edilə bilən hüceyrə yaradıb...

Poliqon xəbər verir ki, bu barədə naked-science.ru portalı yazıb. Alimlərə görə, bu cür hüceyrələr kənar yardım olmadan çoxalmağa qadir deyil və buna görə də bədxassəli ola bilməz.

Tədqiqatçılar kök hüceyrələri yalnız DNT-nin tikinti bloklarından biri olan timidini əlavə etməklə bölünə biləcək şəkildə dəyişdirmək üçün təhlükəsiz bir yol tapıb. Əvvəlcə elm adamları xaricdən gətirilən bir maddə ilə hüceyrə böyüməsini idarə etməyin prinsipcə mümkün olduğunu aşkar edib, sonra isə belə hüceyrələrin normal fəaliyyət göstərib-etməyəcəyini yoxlayıblar.

"Biz insulin istehsal edən β-hüceyrələri yaratmaq üçün kök hüceyrələrdən istifadə etdik, sonra onları laboratoriya siçanlarına köçürdük. Hüceyrələr demək olar ki, altı aylıq təcrübə zamanı heyvanların qanında qlükoza səviyyəsini tənzimlədi", deyə nəşrin müəllifləri bildirirlər.

Onların fikrincə, dəyişdirilmiş hüceyrələrlə heyvanların öz hüceyrələri arasındakı yeganə fərq "icazəsiz" çoxalma qabiliyyətinin olmamasıdır.

Tədqiqatçılar ayrıca qeyd ediblər ki, tapılan texnologiya təkcə arzuolunmaz nəticələr riski olmadan hüceyrələri redaktə etməyə deyil, həm də xəstənin immun sisteminin tanımayacağı və ya məhv etməyəcəyi bir şey yaratmağa imkan verəcək.

Komanda ümid edir ki, nəşr edilən araşdırma qlobal təbabəti təkmilləşdirəcək və təhlükəsiz hüceyrə terapiyasına bir addım daha yaxınlaşdıracaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri

Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham edilir? 

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən şəxsin kimliyi məlum olub - Yenilənib

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda... - Nazirlər Kabinetindən qərar

Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski" Bakıda həbs edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay