Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə məntəqə sədri: “Seçicilər məntəqələrə yüksək əhvali-ruhiyyədə gəlirlər”

“Türkiyədə Azərbaycanın Prezident seçkisi üzrə qurulan seçki məntəqələrinə vətəndaşlarımız əvvəlki illərdən fərqli olaraq daha yüksək əhvali-ruhiyyədə gəlirlər, çünki onlar ilk dəfədir ki, bütöv Azərbaycanın qalib və qürurlu vətəndaşları olaraq bu prosesdə iştirak edirlər”...

Bu fikirləri 17 saylı Yasamal 3-cü seçki dairəsinin Azərbaycanın Türkiyədəki səfirliyində qurulan 47 saylı seçki məntəqəsinin sədri Müşfiq Məmmədov “Report”un Ankara bürosuna açıqlamasında bildirib.

“Özünüz də şahidsiniz və bugünkü seçki ab-havasından da bəlli olur ki, səfirliyimizdə qurulan seçki məntəqələrində bayram ovqatı var. Azərbaycanın ən yaşlı seçicisinin 124, ən gəncinin isə 18 yaşı var. Onları birləşdirən ortaq nöqtə budur: Biz Azərbaycan vətəndaşı olaraq bütöv Azərbaycanın, torpağı işğalda olmayan Vətənimizin seçkilərində iştirak edirik”, - deyən M.Məmmədov hesab edir ki, bu gün səsvermədə iştirak edən seçicilər öz konstitusiya hüquqlarından düzgün istifadə edəcəklər.

“Ümid edirik ki, seçicilər Azərbaycana müstəqilliyi, azadlığı, suverenliyi qazandıran namizədi seçərək, Azərbaycan naminə ədalətli seçim edəcəklər. Vətənimiz, millətimiz üçün xeyirli olsun”, - deyə sədr bildirib.

O, səfirlikdə seçicilər üçün hər bir şərait yaradıldığını da vurğulayıb: “Ankara və ətraf ərazilərdən Azərbaycan vətəndaşlarınızın rahat şəkildə gələrək seçkilərdə iştirak etməsi üçün hər bir şərait yaradılıb”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Laçın rayonu ərazisində kütləvi sayda piyada əleyhinə mina aşkar edilib - Foto, Video

Ən çox oxunanalar