Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran prezidenti Şoyqu ilə görüşdə Haniyənin qətlinə görə İsrailə cavab verəcəyini vəd edib

İran prezidenti Məsud Pezeşkian Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə İran hakimiyyətinin HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinə görə İsrail qarşısında cavab verəcəklərini vəd edib...

Poliqon xəbər verir ki, bu barədə The Financial Times nəşri məlumat yayıb. Pezeşkianın sözlərinə görə, İran münaqişəni gərginləşdirməyə çalışmır, lakin “İsrailin cinayətlərinə” görə cavab verməlidir.

İran heç bir şəkildə regionda müharibə və böhranın miqyasını genişləndirməyə çalışmır, lakin bu rejim öz cinayətlərinə və həyasızlığına görə mütləq cavab alacaq”, deyə İran prezidenti Şoyqu ilə söhbətində deyib.

Qeyd edək ki, Sergey Şoyqu ilə Məsud Pezeşkian arasında görüş avqustun 5-i axşam Tehranda baş tutub. İRNA agentliyi xəbər verir ki, danışıqlar zamanı İran prezidenti İran-Rusiya münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və Sergey Şoyqu İranı Rusiyanın əsas strateji müttəfiqlərindən biri adlandırıb. İran prezidenti ilə danışıqlardan əvvəl Şoyqu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə görüşüb. Həmçinin iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Xatırladaq ki, İsmayıl Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İrana Məsud Pezeşkiyanın andiçmə mərasiminə gəlib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani bildirib ki, Tehran İsraili HƏMAS Siyasi Bürosunun rəhbərini öldürməkdə ittiham edir. İsrail sui-qəsddə iştirakını nə təsdiq, nə də təkzib edib. İran hakimiyyəti İsrailə cavab zərbələri endirəcəyini vəd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

"Şöhrət" ordeni mənim üçün gözlənilməz oldu - Vəliyeva

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

Rusiya Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

"Formula-1"lə bağlı Mərkəzi Bankın nağd pul ofisi fəaliyyətini dayandıracaq

Məşhur aktrisa "Kuruluş Osman"da çəkiləcək - Foto

Ən çox oxunanalar