Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan prezidentinə qarşı impiçment proseduruna başlanılıb

Parlamentin Prosessual Məsələlər və Reqlament Komitəsi Gürcüstan prezidenti Salome Zurabişvilinin impiçment prosedurunun başlanması üçün tələb olunan əksər deputatların imzalarının həqiqiliyini təsdiqləyib...

Hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası dövlət başçısı hökumətin icazəsi olmadan avqustun 31-də xaricə səfərə yollandıqdan sonra ona qarşı impiçment prosesinin başlandığını elan edib. Partiyadan qeyd edilib ki, Zurabişvili “radikal müxalifət”lə birgə fəaliyyət göstərir və Gürcüstanın Avropaya inteqrasiyasına mane olur.

Ümumilikdə parlament çoxluğundan 80 deputatın imzası toplanıb. Onların həqiqiliyi təsdiqlənib və artıq iddia Konstitusiya Məhkəməsinə göndəriləcək.
Konstitusiya Məhkəməsi prezidentin Konstitusiyanı pozduğunu təsdiqləsə, 10 gün ərzində parlament məhkəmənin rəyinə baxmağa başlayacaq. Daha sonra 30 gün ərzində məsələnin səsverməyə çıxarılması barədə qərar qəbul edilməlidir.

Qeyd edək ki, müxalifətin dəstəyi olmadan “Gürcü Arzusu” və “Xalq Gücü” hərəkatının üzvlərinin təmsil olunduğu parlament çoxluğu impiçment prosedurunu başa çatdıra bilməyəcək. Belə ki, bunun üçün ən azı 100 səs lazımdır. Çoxluğun isə hazırda cəmi 83 mandatı var.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham edilir? 

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən şəxsin kimliyi məlum olub - Yenilənib

Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda... - Nazirlər Kabinetindən qərar

Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski" Bakıda həbs edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay