Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan Prezidenti impiçment prosesi ilə əlaqədar xalqa müraciət edib

Gürcüstan Prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu” partiyasının ona qarşı impiçment təşəbbüsünə münasibət bildirib...

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Prezident Zurabişvili xalqa müraciətində öz vəzifəsində qalacağını, getməli olduğu səfərlərə davam edəcəyini vurğulayıb.

“Mən olmalı olduğum yerdəyəm və hara getməliyəmsə oraya gedəcəm, bu mənim konstitusion öhdəliyimdir”.

Prezident yalnız xalq qarşısında öhdəlik daşıdığını, ona görə də xalqa müraciət etdiyini əlavə edib.

Qeyd edib ki, xalq onu Avropanı və Gürcüstanın Avropa gələcəyini dəstəklədiyi üçün prezident seçib və bunu fərqindədir.

Zurabişvili ölkənin korrupsiya, əhalinin xaricə köçü, rusiyalıların nəzarətsiz daxil olması kimi problemləri olduğunu və bu problemlərin addım-addım həll edilməli olduğunu qeyd edib.

Onun sözlərinə görə, Gürcüstandakı bütün qurumlar öz səlahiyyətləri çərçivəsində ölkənin Avropaya inteqrasiyasını təşviq etmək üçün hər şeyi etməlidir: “Ona görə də mən Berlində, Brüsseldə, Parisdə olmuşam”.

Zurabişvili Avropaya səfərinin öz vəsaiti hesabına baş tutduğunu, lakin bunun ölkə adına doğru olmadığını, bu cür vacib görüşlərə prezidentlərin öz hesablarına getməməli olduğun deyib. O, səfərlərə davam edəcəyini, digər Avropa paytaxtlarına da səfər etməklə bağlı planları olduğunu bildirib.

Prezident Gürcüstanın heç vaxt Rusiyanın ayaqları altına düşməyəcəyini vurğulayıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham edilir? 

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən şəxsin kimliyi məlum olub - Yenilənib

Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda... - Nazirlər Kabinetindən qərar

Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski" Bakıda həbs edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay