Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sosioloq: Rəşad Nəbiyevin taksilər barədə danışmağa haqqı yoxdur....

Rəqəmsal inkişaf və nəqliyyat naziri bildirdi ki, taksilərin qiyməti birmənalı olaraq qalxacaq...

Elçin Bayramlı: “Azərbaycanda ən yaxşı sahə taksi sahəsidir. Yəni, burada tam bir rəqabət mühiti var. Monopoliya yoxdur və sərbəst iş rejimi var”.

“Digər tərəfdən də taksi şirkətləri dövlətə vergi ödəyir. Bəs bu kimləri narahat edir? Ortada əsaslı arqument yoxdur. Bir nəfər bu işlə bağlı əsaslı arqument göstərə bilməz”.

Bu sözləri sosioloq Elçin Bayramlı ölkədə taksilərin qiymətinin qaldırılması təklifini Poliqon-a şərh edərkən qeyd edib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, dünyanın heç bir yerində Azərbaycanda olduğu qədər ucuz taksi xidməti yoxdur və əlavə edib ki, taksilərin qiyməti birmənalı olaraq qalxacaq.

Nazirin bu məntiqini necə dəyərləndirmək olar? Azərbaycanda taksinin qiymətinin aşağı olması niyə pis qəbul edilməlidir?

Mövzunu Poliqon-un əməkdaşı Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Niyə demirlər ki, Bakı dünyada yeganə iri şəhərdir ki, burada tramvay, trolleybus məhv edilib, yalnız avtobus nəqliyyatı qalıb”.

Azərbaycanda sərnişin nəqliyyatının yükünün çox hissəsini taksilərin ödədiyini vurğulayan ekspert qeyd edib ki, ölkədə ictimai nəqliyyat bərbad, biyabırçı vəziyyətdədir:

“Burada heç bir məntiq yoxdur, bu sadəcə zəif bir bəhanədir. Ümumiyyətlə, Azərbaycanda ən yaxşı sahə taksi sahəsidir. Yəni, burada tam bir rəqabət mühiti var. Monopoliya yoxdur və sərbəst iş rejimi var. Sərnişinlər, əhali üçün əlçatan qiymətlər var.

Hər bir sahədə olduğu kimi taksi sahəsində də problemlər var. Əsas olaraq bu problemlər həll edilməlidir, sahəni dəyişmək lazım deyil. Yalnız, taksilərdən müəyyən tələblər ola bilər. Əgər dövlətin vergisi vaxtı-vaxtında verilirsə, problemlər yoxdur. Taksilərdən texniki təhlükəsizlik qaydalarına riayət olunma tələb oluna bilər. Sürücüdən 2-3 il staj tələb oluna bilər. Hətta, mən təklif edərdim ki, 2-3 il sürücülük stajı ciddi tələb olsun. Kimsə sürücülük vəsiqəsi alan kimi taksi şirkətlərindən işə düzəlməsin.

Azərbaycanın taksi sahəsini niyə başqa ölkələrlə müqayisə edirlər ki? Başqa ölkələrdən bizdə maaş 10 dəfə aşağıdır. Yəni, taksilərin bu qiyməti hələ Azərbaycanda bahadır. İnsanların əmək haqqları nə qədərdirsə, ödənişlər də ona uyğun olmalıdır. Əgər vətəndaşlar 3-5 min maaş alsalar, o zaman taksilər də 10 manatdan başlaya bilərlər.

Elçin Bayramlı: “Nə vaxt ölkədə rahat nəqliyyat olarsa, insanlar komfortlu şəkildə istədikləri yerlərə gedərlərsə, onda taksilər barədə danışa bilərlər”.

Eyni zamanda taksilərdə qiymət qənaətbəxşdir.

Birincisi, son dövrlərdə qənaətçil, elektriklə işləyən maşınlar tətbiq olunur. Buna görə də, taksilərin 2, 3 manata işləməsi də qənaətbəxşdir. Çünki həmin yola 30-50 qəpik yanacaq gedir.

İkincisi, sürücülər artıq işləyib pul qazana bilirlər. Yəni, sərbəst işdir. Sürücü istəsə günə 30 manat, istəsə 50, 100 manat qazana bilər.

Üçüncüsü, hətta çox benzin işlədən maşınlar belə, 10 km yerə 1 manat benzin işlədir. 10 km yolda benzin 1 manat sərf olunursa, taksi qiyməti də maksimum 3 manat ola bilər.

Dördüncü, bəzən taksi 1 manat yazır. Amma bu o demək deyil ki, sürücü 1 manata işləyir. Şirkət o sürücünün pulunu kompensasiya edir. Şirkət qazancından istədiyi qədər kiməsə endirimlər edə bilər. Bunlar niyə narahat olur ki?

Taksilərdə iki variant var. Elə sürücülər var ki, öz maşınları ilə sərbəst, rahat işləyirlər. Taksiçilik onlara çox da sərf edir. Sürücülər Azərbaycandakı orta maaşdan ən azı iki dəfə çox qazanırlar. Bu da normaldır.

O biri sürücülər isə şirkət maşınları ilə işləyir. Onlarda da gündə 25 manat gediş planı var. Bu günkü təlabatın çoxluğunda 25 manat elə də çox deyil. Əgər sürücüyə bu sərf etmirsə, işdən çıxır. Başqa taksi şirkətinə işə düzəlir. Buna görə də taksi şirkətləri arasında normal rəqabət gedir. Hökümət çalışmalıdır ki, şirkətlər arasında olan rəqabəti artırsın.

Elçin Bayramlı: “Əgər vətəndaşlar 3-5 min maaş alsalar, o zaman taksilər də 10 manatdan başlaya bilərlər”.

Digər tərəfdən də taksi şirkətləri dövlətə vergi ödəyir. Bəs bu kimləri narahat edir? Ortada əsaslı arqument yoxdur. Bir nəfər bu işlə bağlı əsaslı arqument göstərə bilməz. Sosial şəbəkələrdə həm əhalinin, həm də sürücülərin fikirlərinə diqqət yerirsələr görərlər ki, hər iki tərəf razıdır və insanlara belə sərf edir.

Onu da qeyd edim ki, Azərbaycanda sərnişin nəqliyyatının yükünün çox hissəsini taksilər ödəyir. Çünki ölkədə ictimai nəqliyyat bərbad, biyabırçı vəziyyətdədir. Niyə demirlər ki, Bakı dünyada yeganə iri şəhərdir ki, burada tramvay, trolleybus məhv edilib, yalnız avtobus nəqliyyatı qalıb. Bir dənə Bakı-Sumqayıt reysi var. O da bahadır. Nəqliyyatı o hala salıblar ki, bir yerə getmək üçün 2-3 avtobusa minirsən. Buna görə də əhali o pulun üstünü cuzi düzəldib həmin yerə taksi ilə gedir.Onu da qeyd edim ki, Azərbaycanda sərnişin nəqliyyatının yükünün çox hissəsini taksilər ödəyir. Çünki ölkədə ictimai nəqliyyat bərbad, biabırçı vəziyyətdədir. Niyə demirlər ki, Bakı dünyada yeganə iri şəhərdir ki, burada tramvay, trolleybus yoxdur, məhv edilib. Sovet dövründən qurulmuş geniş şəhərətrafı elektrik qatarları şəbəkəsi məhv edilib. Bir dənə Bakı-Sumqayıt reysi var. O da bahadır. Nəqliyyatı qəsdən o hala salıblar ki, bir yerə getmək üçün 2-3 avtobusa minirsən. Buna görə də sərnişinlər o pulun üstünü cuzi düzəldib həmin yerə taksi ilə gedir.

Nə vaxt ölkədə rahat nəqliyyat olarsa, insanlar komfortlu şəkildə istədikləri yerlərə gedərlərsə, onda taksilər barədə danışa bilərlər. Amma indi Rəşad Nəbiyevin taksilər barədə danışmağa haqqı yoxdur. Taksi sahəsini daha da rahatlaşdırmaq və imkanları daha da artırmaq lazımdır. Hətta, taksi şirkətlərinə dəstək də verilməlidir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri

Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham edilir? 

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən şəxsin kimliyi məlum olub - Yenilənib

Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda... - Nazirlər Kabinetindən qərar

Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski" Bakıda həbs edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay