Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın Türkiyədəki hərbi attaşesi ali hərbi məktəblərdə görüşlər keçirib

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Türkiyə Respublikasındakı hərbi attaşesi polkovnik Müşfiq Məmmədov və Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi nəzdində fəaliyyət göstərən Hərbi Attaşelik Aparatının əməkdaşları tərəfindən Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektor müavini Professor Serdar Salman, Quru Qoşunları Hərbi Institutunun rəisi general-mayor İlker Görgülü, Dəniz Qüvvələri Hərbi İnstitutunun rəisi kontr-admiral Selçuk Akarı və Hərbi Hava Qüvvələri İnstitutunun rəisi general-mayor Ender Kartal ilə görüş keçirilib.

APA-nın xəbərinə görə, görüşlərdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi təhsil sahəsində əməkdaşlıq və mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi, Azərbaycan Ordusunun hərbi qulluqçuları üçün ayrılmış yerlərin sayının artırılması, son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən gərginlik, Xankəndi-Laçın yolunda azərbaycanlı eko aktivistlərin dinc aksiyaları, Azərbaycan ərazilərində Ermənistan tərəfindən təbii sərvətlərin qanunsuz istismarı, talan edilməsi, ermənilərin regionda sabitliyi pozması istiqamətində atdığı addımlar və digər mövzularda fikir mübadiləsi aparılıb.

Ətraflı
Adları qeyd olunan İnstitutlarda "Qərargah zabitinin hazırlığı" və "Qərargahın idarəedilməsi " kurslarında, həmçinin Milli Müdafiə Universitetində magistratura və doktorantura pilləsində təhsil alan Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə görüş keçirilib, zabitlərin tədris şəraiti ilə yaxından tanış olunub və onların qarşılaşdıqları çətinliklər barədə müraciətləri dinlənilib.

Hərbi Attaşelik Aparatının əməkdaşları Milli Müdafiə Universiteti Xarici Dillər Məktəbinin direktoru Professor Haluk Selim,məktəbin rəhbər zabit heyəti və məktəbdə ingilis dili hazırlıq kursunda təhsil alan Azərbaycan ordusunun hərbi qulluqçuları ilə də görüş keçirib. Hərbi qulluqçuların təlim-tədris şəraiti , nizam-intizamı və imtahan nəticələri barədə söhbətlər aparılıb, hərbi attaşe tərəfindən hərbi qulluqçulara vətənpərvər, peşəkar və intizamlı zabit kimi formalaşmalarında müvafiq tövsiyyələr verilib.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Azərbaycanda bu avtomobillərə maraq kəskin azaldı - Video

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

FHN Mingəçevirdə 35 yaşlı kişinin suda batması faktı ilə bağlı məlumat yayıb - Yenilənib

Rusiya Kurskda Ukrayna hərbçilərini vurdu - Video

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadılıb? - Araşdırmalara başlanıldı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay