Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mingəçevirdə sürücüyə balta ilə xəsarət yetirilib

Hadisə Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, “Köhnə Toxuculuq kombinatı” adlanan yerin qarşısında baş verib...

Mingəçevirdə sürücülər arasında yol vermək üstündə dava olub, biri baltalanıb.

“Report” xəbər verir ki, hadisə Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, “Köhnə Toxuculuq kombinatı” adlanan yerin qarşısında baş verib.

Belə ki, “Xəzər” markalı avtomobili idarə edən 1971-ci il təvəllüdlü Məmmədov Faiq Şikar oğlu yol vermək üstündə aralarında yaranmış mübahisə zamanı “Mercedes-Benz” markalı avtomobili idarə edən 1995-ci il təvəllüdlü Paşayev Elvin Camaləddin oğluna baş nahiyəsindən qəsdən balta ilə vurub.

E.Paşayev açıq kəllə-beyin travması və kəllə qapağı sümüyünün açıq sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a bildirib ki, dünən saat 16 radələrində Mingəçevir şəhər sakini 1971-ci il təvəllüdlü Faiq Məmmədovun balta ilə 27 yaşlı Elvin Paşayevin baş nahiyəsinə xəsarət yetirməsi ilə bağlı şəhər polis şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb:

“Faiq Məmmədov isə şübhəli şəxs qismində saxlanılıb və hazırda zəruri istintaq hərəkətləri davam etdirilir”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Ermənistan Hindistanın ən böyük silah alıcısı oldu

Qurban Qurbanov: Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq

"Qarabağ" UEFA Çempionlar Liqasının təsnifat mərhələsinə qələbə ilə başlayıb - Yenilənib

Ən çox oxunanalar