Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“5 ildən artıq istifadə olunmuş avtomobillərin ölkəyə gətirilməsi qadağan olunmalıdır” - Deputat

“Təcili Bakıda nəqliyyat infrastrukturunun yenidən qurulmasına dair xüsusi dövlət proqramı qəbul olunmalıdır”...

PİA.az xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

Millət vəkili bildirib ki, Bakıda nəqliyyat problemlərinin həlli üçün xaricdən yüksək ixtisaslı mütəxəssislər dəvət olunmalı, yaxşı pul xərclənməli, sərnişin daşınması ilə məşğul olan yerli və xarici şirkətlər bu işə cəlb olunmalıdır:

"Şəhərin mərkəzini Bakı kəndləri və Günəşli və Əhmədli kimi qəsəbələrlə birləşdirən tramvay xətləri çəkilməlidir. Nəqliyyat infrastrukturunun yenidən qurulmasına xarici şirkətləri cəlb etmək olar ki, özləri investisiya qoyub tramvay, metro xətti, avtomobil yolları çəksin, işlətsin və pul qazansın. Bakıda bir neçə yeni metro xəttinin çəkilməsinə, yüzə qədər yeni metro stansiyasının tikilməsinə ehtiyac var. Dövlətimizin Qarabağdakı bərpa işləri və Ordumuzun gücləndirilməsi istiqamətindəki xərclərini də nəzərə alsaq sürətli metro tikintisi üçün nə pulu nə də texniki imkanları var. Ona görə də xarici investorlar bu işə cəlb olunmalıdır".

Qüdrət Həsənquliyev əlavə edib ki, Bakıda 2 milyon avtomobil üçün çoxmərtəbəli dayanacaqlar tikilməlidir:

"Bu məqsədlə yerlli sahibkarlara aşağı faizlə uzunmüddətli kreditlər verilməlidir. Dövlət indiki mərhələdə avtobusla sərnişin daşımasından imtina etməlidir. AZAL ən azı üç yerə bölünməli və özəlləşdirilməlidir. Sərnişin daşınması ilə özəl şirkətlər məşğul olmalıdır. Sadəcə bu istiqamətdə istifadə olunan taksi və avtobuslara dair yüksək standartlar tətbiq olunmalıdır. 5 ildən artıq istifadə olunmuş avtomobillərin ölkəyə gətirilməsi qadağan olunmalıdır. Texniki göstəricilərindən asılı olaraq 15 ildən 20 ilə qədər istifadə olunmuş avtomobillər dövlət tərəfindən alınmalı, utilizasiyaya göndərilən avtomobillərin sahiblərinə müasir elektromobillər almaları üçün aşağı faizlərlə uzunmüddətli kreditlər təklif edilməlidir. Qeyd etdiyim problemlərin həlli üçün Dövlət Neft Fondundan vəsait ayrılmalıdır. Bununla yanaşı rayonlardan gənclərin Bakıya axınının qarşısını almaq üçün regionlarda istehsal və emal müəssiələri yaradılmalıdır. Problemlərin həlli məqsədilə biznes mühitini yaxşılaşdırmaq üçün iqtisadi islahatlar genişləndirilməli, qanunun aliliyinin təmin olunması istiqamətində əlavə tədbirlər görülməlidir ki, ölkəmiz daxili və xarici investorlar üçün cəlbedici olsun".

pia.az


Etiket: avtomobillər

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Müharibənin Zəngəzura keçməsinin qarşısı belə alındı - Marukyan

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay