Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazi anasının deputata dedikləri gündəm oldu: "Süpürgəçi işləyib böyütmüşəm..." - Video

Avqustun 8-də Milli Məclisin Lənkəran - Astara seçki dairəsi üzrə deputatı Ziyafət Əsgərov rayonda şəhid ailələri və qazilərlə görüş keçirib.

Yeniavaz.com xəbər verir ki, deputatla görüş zamanı şəhid ailələri, qazilər və bəzi qazilərin ailə üzvləri iştirak edib.

Vətən müharibəsi qazisi Davud Bağırzadənin anası öz çıxışında hələ də övladınının haqqının verilmədiyini bildirib.

Övladını çətin şəraitdə, məhdud imkanlarla böyütdüyünü bildirən qazi anası oğlunun müalicəsi və sağlamlığının bərpası üçün köməklik edilməsini istəyib:
“Müharibə başlayanda oğlum könüllü ərizə yazıb cəbhəyə getdi. Dedi, anaların göz yaşına dözmək mümkün deyil. Döyüşlərdə şücaətinə görə 3 medal alıb, Füzuli və Hadrut istiqamətində vuruşub. Oğlumun əl-ayağı yerindədi, amma daxili orqanları para-paradır. Mənim uşağımın 1,90 boyu var, o mənim gözümün qabağında çabalayanda mən ana özümü öldürmək istəyirəm. Oğlumun əlilliklə bağlı müraciətinə imtina gəlib. Ağciyərinin pərdəsində 7 dənə qəlpəsi var. Qar yağanda mənim uşağım pəncərəni açıb yatırdı, o cür sağlam uşaq idi. Bağırsaqlarının yarısı yoxdu. Bu uşaq gedib öz canını verib. Siz buna niyə belə qiymət qoymursunuz? Mənim oğlum kimi minlərlə cavan getdi namusla-qeyrətlə vuruşdular. Mən vətənin azadlığı üçün övladımı vermişəm. Mən süpürgəçi işləyə-işləyə o uşağı böyütmüşəm, indi də müalicə edirəm. Mən anayam axı, özümə qəsd eləmək istəmişəm. Niyə bir nəfər gəlib mənim qapımı açmır? Demir ki, sən bu evin içində nə çəkirsən? Dövlətin məmurları niyə mənim uşaqlarıma yiyə durmurlar. Öz sağlam övladımı bu vəziyyətdə görmək ürəyimi yandırır. Vətən borcunu yerinə yetirmək hamımızın borcudur. Mən nə ev istəyirəm, nə pul istəyirəm. Təkcə mənim övladımın haqqını versinlər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur meyxanaçının evinə basqın edildi    

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

AzTV-nin sədr müavini vəzifəsindən getdi - Başqa kanala rəhbər gətirilir

Məşhur iş adamı külli miqdarda cərimə edilə bilər

Netanyahu: İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Xəzər dənizində 52 yaşlı balıqçı batıb - Video    

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər     

Ən çox oxunanalar