Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfirliyimizə hücum edən radikal dini qruplaşmanın ideoloqu - Şirazi ailəsi...

Azərbaycan səfirliyinə hücum edib, bayrağımızı endirən “Mehdinin xidmətçiləri birliyi” təşkilatının əsas ideoloqları İraq mənşəli Şirazi ailəsi sayılır.

Musavat.com xəbər verir ki, hazırda onların içində ən nüfuzlu dini xadim Seyid Sadiq Hüseyni Şirazi sayılır.

Sadiq Şirazi 1942-ci ildə Kərbəlada (İraq) anadan olub. O, kiçik yaşlarından dini öyrənmiş və görkəmli şiə ilahiyyatçılarının rəhbərliyi altında təhsilini davam etdirib. Onun əsas müəllimləri arasında atası Mirzə Mehdi Şirazi, böyük qardaşı Məhəmməd Şirazi, həmçinin Məhəmməd Hadi Milani və Məhəmməd Rza İsfahani olub.

Sadiq Şirazinin rəhbərliyi ilə İran, İraq, Suriya, Küveyt və digər ölkələrdə çoxlu təşkilatlar, fondlar və mərkəzlər fəaliyyət göstərir. Kiçik qardaşı Ayətullah Mücatəba Şirazi kimi Sadiq də İranın hakim rejiminə müxalifətdə olub.

Şirazilər mənşəyini Məhəmməd peyğəmbərdən götürən ailədən sayılır və müsəlman dünyasında ilahiyyatçılar arasında nüfuzlu sülalələrdən hesab olunur. Şirazi ailəsinin tanınmış nümayəndələri bunlardır:

- 20-ci əsrin əvvəllərində İranda Britaniya nüfuzuna qarşı mübarizə aparan “Tütünçülük Hərəkatı”nın rəhbəri, Mücəddid (“bərpaçı”) kimi tanınan Məhəmməd-Həsən Şirazi;

- 1920-ci il İraq İnqilabının dini lideri Məhəmməd-Tağı Şirazi (ö. 1920)

- Nəcəfin nüfuzlu şiə rəhbərlərindən və Şeyx əl-Ənsarinin ən yaxşı tələbələrindən biri sayılan Əli Şirazi (ö. 1936);

- İsmayıl Şirazi (ö. 1888);

- Əbdül-Hadi Şirazi (ö. 1962);

- Mirzə Mehdi Şirazi (ö. 1961);

- Şiə dünyasında böyük nüfuza malik Məhəmməd Şirazi (Sadiq Şirazinin böyük qardaşı (ö. 2001);

- Həsən Şirazi (ö. 1980), Dəməşqdə (Suriya) “Həvza əz-Zeynəbiyyə” təşkilatının qurucusu, Livanda İraq xüsusi xidmət orqanları tərəfindən öldürülüb.

Adları çəkilən şəxslərin hamısı “Böyük Ayətullah” tituluna malik olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Müharibənin Zəngəzura keçməsinin qarşısı belə alındı - Marukyan

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay