Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Umayra Tağıyeva: “Son 15 ildə Xəzərin səviyyəsi təxminən metr yarım azalıb”

İyulun 5-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər dənizinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib.

Xəzər dənizinin region ölkələri üçün əhəmiyyətini qiymətləndirmək çətindir. Beş ölkənin sahillərini yuyan Xəzər iqtisadi və strateji əhəmiyyəti ilə yanaşı, region üçün vacib iqlim təyinedici təsirə malikdir. Dəniz səviyyəsinin dəyişməsi həmişə ölkə iqtisadiyyatına böyük ziyan vurub. 1978-1995-ci illər hamımızın yadındadır, o zaman dənizin səviyyəsinin 2,5 metr qalxması infrastruktur obyektlərinin və yaşayış məntəqələrinin su altında qalması ilə nəticələnmişdi”, - deyə Ü.Tağıyeva bildirib.

Umayra Tağıyeva

Onun sözlərinə görə, hazırda Xəzər dənizinin səviyyəsi enməyə başlayıb: “Son 15 ildə onun səviyyəsi demək olar ki, 1,5 m azalıb və 1977-ci ilin 100 illik minimumuna çatana qədər isə cəmi 80 sm qalıb. Uzunmüddətli tədqiqatlar göstərdi ki, səviyyə dalğalanmalarının maksimum amplitudası 3 m-dir. Əgər əvvəllər Xəzər dənizinin səviyyəsində bir əsr ərzində baş verən bu dalğalanmalar nisbətən “sabit iqlim” adlanan dövrə düşürdüsə, indi iqlim dəyişikliyi bu prosesə öz təsirini göstərir”.

Umayra Tağıyeva bildirib ki, son on ildə iqlim dəyişikliyi dünya alimlərinin əvvəllər proqnozlaşdırdığından daha sürətlə baş verib: “Bu, öz nəticələrini bütövlükdə ekosistemlərə yükləyir. Bu baxımdan Xəzər dənizinin səviyyəsində dəyişikliklərin ən real proqnoz-ssenarisinin müəyyən edilməsi, eləcə də uyğunlaşma tədbirlərinin işlənib hazırlanması bütün Xəzəryanı ölkələr və ətraf region üçün həyati əhəmiyyət kəsb edir.

Məhz bu məqsədlə iyulun 5-də həm Xəzəryanı ölkələrin hidrometeorologiya xidmətlərinin nümayəndələri və alimləri, həm də xarici ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda beynəlxalq konfransda fikir mübadiləsi aparacaqlar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

Azərbaycanda bu avtomobillərə maraq kəskin azaldı - Video

Rusiya Kurskda Ukrayna hərbçilərini vurdu - Video

Paris-2024: Medal siyahısında dəyişiklik ola bilər - Səbəb

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadılıb? - Araşdırmalara başlanıldı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay