Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ETSN: İyunun əvvəllərində havanın temperaturu çoxillik normadan yüksək olub

İyunun əvvəllərində havanın temperaturu çoxillik normadan 1-3,5 dərəcə yüksək, iyunun 6-da isə 35 dərəcəyədək yüksələrək normadan 6,5 dərəcə çox olub. Müqayisə üçün ötən ilin iyun ayında 41 dərəcə isti qeydə alınıb.

PİA.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

"Bu il iyunun 1-də isə havanın temperaturu 17.1 dərəcə isti qeydə alınıb, lakin son onilliklərdə ən minimal temperatur 2008-ci il iyunun 5-də 13.1 dərəcə isti olub. İyun ayının ilk 14 günü ərzində ümumilikdə ölkə ərazisində 5 gün (18 dəfə) dolu müşahidə edilib", - U.Tağıyeva bildirib.

Xidmət rəisi qeyd edib ki, iyun ayının 10-da isə soyuq atmosfer cəbhəsinin keçməsi nəticəsində yağıntılar leysan xarakterli intensiv olub, çaylarda sululuq artıb, Tovuz, DaşkəsənGoranboy rayonları ərazisindəki çaylardan sel keçib. May ayı ilə müqayisədə güclü küləklər daha az olub. Cəmi 5 gün küləyin sürəti 20 m/s-ə çatıb.

"Lakin yay fəslində Bakıda əsən şimal küləyi həm havada olan rütubətin, həm də temperaturun kəskin yüksəlməsinin qarşısını alır. Bu baxımdan, həftənin sonunadək gözlənilən hava şəraitini nisbətən əlverişli saymaq olar. Xəzri küləyinin üstünlüyü havanın temperaturunun paytaxtda kölgədə 31-33 dərəcədən yüksək olmayacağını təmin edəcək", - U.Tağıyeva əlavə edib.

U.Tağıyevanın sözlərinə görə, Aran bölgəsində 36 dərəcəyədək isti gözlənilir. Yalnız bəzi şimal və qərb rayonlarında 23-27 dərəcə isti fonunda lokal yağış yağacağı ehtimalı var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

Azərbaycanda bu avtomobillərə maraq kəskin azaldı - Video

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Rusiya Kurskda Ukrayna hərbçilərini vurdu - Video

FHN Mingəçevirdə 35 yaşlı kişinin suda batması faktı ilə bağlı məlumat yayıb - Yenilənib

Paris-2024: Medal siyahısında dəyişiklik ola bilər - Səbəb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay