Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb - Yenilənib

Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda Bakıda Belarusu qəbul edib.

"Dalğa Arena"dakı qarşılaşmaya Azərbaycan millisi daha üstün başlayıb. 3-cü dəqiqədə Azər Salahlının zərbəsindən sonra top qapının yanından keçib. Ardınca qonaqlar fərqlənməyə yaxın olsa da, qapıçı Şahruddin Məhəmmədəliyev iki epizodda qola mane olub.

Epizodların birində Riçard Almeyda topu qapının üstündən vurub. Daha sonra Emin Mahmudovun cərimə zərbəsi təhlükəli alınıb, lakin qapıçı Pavel Pavlyuçenko topun qapıdan keçməsinə icazə verməyib. İlk hissənin sonlarında Şahruddin Məhəmmədəliyev növbəti dəfə komandanı real qoldan xilas edib. Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

İkinci yarının əvvəlində də Azərbaycan yığması daha fəal olub. 46-cı dəqiqədə Abbas Hüseynovun zərbəsindən sonra top qapı dirəyinə dəyərək geri qayıdıb, Renat Dadaşovun zərbəsində isə dəqiqlik çatmayıb. 59-cu dəqiqədə zədələnən Eddi İsrafilovun yerinə meydana Coşqun Diniyev daxil olub. Mahir Emreli Renat Dadaşovu, Anton Krivotsyuk isə Azər Salahlını əvəzləyib. 73-cü dəqiqədə Abbas Hüseynov yerini Namik Ələskərova, Riçard Almeyda isə Aleksey İsayevə verib.

Azərbaycan yığması 76-cı dəqiqədə istəyinə çatıb. Mahir Emreli baxımlı qolla komandanı önə keçirib. 85-ci dəqiqədə qonaqlar hesabı bərabərləşdirməyə yaxın olsalar da, istəklərinə çata bilməyiblər. 87-ci dəqiqədə isə Ramil Şeydayev qapıçı səddini keçə bilməyib. Şeydayev 90+3-cü dəqiqədə topu rəqib qapıdan keçirməklə fərqi daha da artırıb.

Beləliklə, rəqibini 2:0 hesabı ilə məğlub edən Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb. Qrupun digər matçında Qazaxıstan evdə Slovakiyaya qalib gəlib - 2:1.

Komandalar arasında II tura təsadüf etmiş matçda qolsuz bərabərlik qeydə alınıb. Azərbaycan millisi ilk turda səfərdə Qazaxıstana 0:2, III turda evdə Slovakiyaya 0:1 hesabı ilə uduzub. Rəqib isə birinci qarşılaşmasında Slovakiyaya 0:1 hesabı ilə yenilib, III turda Qazaxıstanla heş-heçə edib - 1:1. Dörd oyundan sonra Qazaxıstan seçməsi 10 xalla liderdir. Slovakiya 6 xalla ikinci, Azərbaycan 4 xalla üçüncü, Belarus isə iki xalla sonuncu yerdədir.

***

Azərbaycan və Belarus yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyununda ilk qol vurulub.

Azərbaycan millisi 76-cı dəqiqədə hesabı açıb - 1:0.

Mahir Emreli baxımlı qola imza atıb.

***

Azərbaycan və Belarus yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, hələlik "Dalğa Arena"da oynanılan qarşılaşmada hesab açılmayıb.

***

Azərbaycan və Belarus yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, "Dalğa Arena"da keçirilən matçda komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

***

Azərbaycan və Belarus yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyunu başlayıb.

"Report"un məlumatına görə, "Dalğa Arena"dakı qarşılaşma saat 20:00-da start götürüb.

Görüşü Anastasios Papapetrunun rəhbərlik etdiyi yunanıstanlı hakimlər idarə edir.

***

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda üz-üzə gələcək Azərbaycan və Belarus yığmalarının start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Azərbaycan: 12 Magomedaliyev (GK) 3 Salahli 4 Mustafazade 8C Makhmudov 9 Dadaşov 11 Sheydaev 13 A. Hüseynov 14 Eddy 15 B. Hüseynov 18 J. Huseynov 20 Richard Almeida

Belarus: 12 Pavlyuchenko (GK) 2 Pechenin 3 Bacharou 4 Khadarkevich 5 Malkevich 6 Politevich 8 Shauchenka 9 Ebong 10 Bakhar 14C Yablonsk. 21. Klimoviç

Qeyd edək ki, "Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

Azərbaycanda bu avtomobillərə maraq kəskin azaldı - Video

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Rusiya Kurskda Ukrayna hərbçilərini vurdu - Video

FHN Mingəçevirdə 35 yaşlı kişinin suda batması faktı ilə bağlı məlumat yayıb - Yenilənib

Paris-2024: Medal siyahısında dəyişiklik ola bilər - Səbəb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay