Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neslihan Atagül dini təriqətə görə “Sefirin Kızı”ndan ayrılıb

Türkiyəli məşhur aktyor Kadir Doğulu barəsində aylardır gündəmdən düşməyən “təriqət” xəbəri ilə bağlı ilk dəfə açıq danışıb.

Həmkarı olan həyat yoldaşı Neslihan Atagüllə gəzintiyə çıxan aktyor kameralara tuş gəlib.

Bektaşi təriqətinə (Bektaşilik - İslam dinində şiəliyə yaxın olan mövcud təriqətlərdən biridir) qulluq edən aktyor mövzu ilə bağlı sualları cavablandıraraq deyib ki, bu, bir məqamdır, mənəviyyatdır.

“Çox gözəl bir söz var: “Pul və imanın kimdə olduğu bəlli olmaz”. Bu məqam mənə hədiyyə edilib. Biz də evliliyimizlə, duruşumuzla, işimizlə bu mövqeyi göstərməyə çalışırıq. Qonşum bilir, anam bilir, qohumlarım bilir, siz bunu yeni öyrəndiniz. Mənəvi səyahət insanları oyandırır, dostlar. Bu, bir məktəbdir”, - deyə o bildirib.

Məlum olub ki, müğənni Murat Dalkılıç, onun hazırkı sevgilisi Sitare Akbaş, aktrisa Tansel Öngelin və digər tanınmışlar da təriqətin üzvləri arasındadır.

Onlar uzun davam edən “dua” məclisləri təşkil edirlər. Həmin məclislərin öz qaydaları olur; “baba” dedikləri Əli Osman Güre yeməyə başlamadan heç kim başlamır, o danışmadan heç kim danışmır, telefonlara baxmırlar. Və burada hərənin öz ləqəbi var: Kadir Doğulunun ləqəbi “dərviş”, Murat Dalkılıcın ləqəbi “Keremcan”, Tansel Öngelin ləqəbi “Fethican” və s.

Aktrisa Hande Erçel əvvəlki sevgilisi Dalkılıç tərəfindən zorla bir neçə söhbətə aparılıb. Amma ətrafı buna etiraz edəndə o, estrada müğənnisi ilə əlaqəni kəsib.

Neslihan Atagül və Kadir Doğulu təriqət liderinin yönləndirməsi ilə eyni layihədə baş rolları paylaşacaqlar.

Gözəl aktrisa dini liderin təklifi ilə “xəstəlik” bəhanəsi ilə “Sefirin Kızı” serialından ayrılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

Azərbaycanda bu avtomobillərə maraq kəskin azaldı - Video

Rusiya Kurskda Ukrayna hərbçilərini vurdu - Video

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

FHN Mingəçevirdə 35 yaşlı kişinin suda batması faktı ilə bağlı məlumat yayıb - Yenilənib

Paris-2024: Medal siyahısında dəyişiklik ola bilər - Səbəb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay