Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ETSN: "Ölkə ərazisində duman müşahidə olunur"

Ölkə ərazisində son günlər müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq, gözlənilən atmosfer hadisəsidir.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, duman az qradiyentli atmosfer təzyiqi sahəsində və dənizdən əsən zəif cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin sahilyanı ərazilərə yayılması fonunda yaranıb

Onun sözlərinə görə, görünüş 21 fevral tarixində saat 04:35-06:50 radələrində 50 metrədək məhdudlaşıb, nisbi rütubət 83-93 faiz intervalında olub: “Duman adətən səhər və gecə saatlarında su hövzələrinin üzərində və çökəkliklərdə yaranır. Bu meteoroloji hadisə nisbətən isti səthə enən soyuq hava kütlələri ilə əlaqədardır. Dünən havanın temperaturu 12 dərəcəyədək yüksəlib və iqlim normasından 3,2 dərəcə yüksək olub, gecə isə 9 dərəcə enərək 2,9 dərəcəyə yaxınlaşıb”.

U.Tağıyeva qeyd edib ki, gecə saatlarında yer səthi tədricən soyuyur ki, bu da havanın aşağı qatlarının da soyumasına səbəb olur: "Nəticədə nisbətən isti və soyuq hava kütlələrinin qarşılaşması dumanın yaranması üçün əlverişli şərait yaradır. Adətən dumanın yaranması inversiya ilə izah olunur. Dumanlı hava, eyni zamanda Gəncə, Şabran, İsmayıllı, Xaçmaz, Şəmkir, Tərtər, Zərdab, Beyləqan, İmişliYevlaxda görünüş məsafəsinin 200-500 metrədək məhdudlaşmasına səbəb olub”.

Xidmət rəisinin sözlərinə görə, günün ikinci yarısında cənub-qərb küləyinin arabir 15-18 m/s-dək güclənməsi dumanın seyrəlməsinə səbəb olacaq: "Lakin ayın 23-dən 26-dək əsasən gecə və səhər saatlarında bəzi yerlərdə yenidən duman olacağı ehtimal olunur".(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Azərbaycanda bu avtomobillərə maraq kəskin azaldı - Video

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

FHN Mingəçevirdə 35 yaşlı kişinin suda batması faktı ilə bağlı məlumat yayıb - Yenilənib

Rusiya Kurskda Ukrayna hərbçilərini vurdu - Video

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadılıb? - Araşdırmalara başlanıldı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay