Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Murad Süleymanov saxta dərman probleminin həll edilməsi üçün bu neçə ildə nə edib?

Əczaçılıq bazarında dərmanların keyfiyyətinə kim məsuliyyət daşıyır?..

Ölkədə satılan dərmanların keyfiyyəti ilə bağlı mövzusuna həsr etdiyimiz analitik materialdan bir müddət sonra (burdan tanış ola bilərsiniz) İTV-nin “Sabaha saxlamayaq” verilişində Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri, həkim və ictimai sektorunun nümayəndələrinin iştirakı ilə dərman bazarındakı vəziyyət müzakirə olunub. Verilişdə məqaləmizdə əks olunan məsələlərin əksəriyyəti müzakirə edilib.

Qeyd edək ki, işıqlandırdığımız problemlərin mövcud olması efirdə çıxış edən mütəxəssislər tərəfindən faktiki təsdiqləndi. Lakin AEM mütəxəssislərinin qaldırılan problemlərlə bağlı cavabları məsələlərə aydınlığın gətirilməsindən çox yeni sualların yaranmasına gətirib çıxardı. Belə ki, Mərkəzin mütəxəssisləri Alman apteklərində satılan dərmanların dövlət qeydiyyatından keçməsini vurğulayırlar. Mübahisə etmirik. Lakin bu halda bir neçə sual yaranır:

1. Necə olur ki, bu apteklərdə satılan dərmanların Azərbaycan dilində istifadə təlimatları bir qayda olaraq olmur?

2. Dərmanların qiymətlərinə dair vahid qiymət cədvəli olduğu halda niyə bu apteklərdə dərmanlar daha bahalı qiymətə satılır?

3. Və nəhayət niyə bu aptekdə satılan dərmanlar digər apteklərdə satılan dərmanlardan daha keyfiyyətlidir?

Cəmiyyət üçün aktual olan suallar açıq olaraq qalmaqdadır.

Verilişdə iştirak edən ictimai xadim İlqar Hüseynli ölkədə keyfiyyətsiz dərmanlar probleminin mövcud olmasını etiraf edərək AEM-i bu məsələdə cavabdeh qurum kimi göstərib. Lakin AEM nümayəndəsi buna cavab olaraq ölkəyə daxil olan dərmanların bütün seriyalarının laborator analizlərdən keçirilməsini söylədi. Bu cavabın görünən və görünməyən hissəsi var və yenə də suallar yaranır:

1. Digər ölkələrdə hər dərmanın 1 seriyası yoxlanılırsa, Azərbaycanda bir dərmanın bütün seriyaları niyə yoxlamadan keçirilir?

2. Əgər bu məsələ yeni bürokratik əngəllərə yox, keyfiyyətin daha ciddi şəkildə yoxlanılmasına yönəlibsə, onda hansı səbəbdən ölkəyə keyfiyyətsiz dərmanlar idxal olunmaqda davam edir?

3. Dərmanların hər seriyası yoxlanıldığı halda, hansı səbəbdən ölkəyə idxal olunan bəzi dərmanlar qısa müddət ərzində, bəziləri isə uzun müddətdən sonra gömrükdən buraxılır?

Ən maraqlısı isə odur ki, Analitik Ekspertiza Mərkəzinin rəhbəri Murad Süleymanov hələ 2016-cı ildə Trend agentliyinə verdiyi müsahibədə ölkədə keyfiyyətsiz dərman vasitələrinin olduğunu təəssüflə etiraf edib. Bu halda da sual yaranır ki, bəs Murad Süleymanov 5 il keçdikdən sonra bu problemin həll edilməsi sahəsində nə edib?

Tanış olun: Analitik Ekspertiza Mərkəzinin direktoru: Təəssüf ki, ölkədə keyfiyyətsiz dərman vasitələri var (MÜSAHİBƏ)

Bütün bunlar açıq mənbələrdən götürdüyümüz və böyük suallar doğuran məlumatlardır. Təəssüf ki, Səhiyyə Nazirliyinin rəhbərliyi dəyişsə də bu sahədə hər hansı islahatların keçirilməsi müşahidə olunmur.

Son dövrlər əczaçılıq bazarında diqqəti cəlb edən məqamlardan biri də satışda böyük sayda Bioloji Aktiv Əlavələrin olmasıdır. Məlumdur ki, Tarif Şurasının dərmanların qiymətləndirilməsi siyasətinə başlandığı gündən əksər farmasevtik şirkətlər dərmandan çox, Bioloji Aktiv Əlavələrin idxalına üstünlük verirlər. Çünki onların qiyməti tənzimlənmir. Lakin BAƏ sadəcə qidanı zənginləşdirmək məqsədilə istifadə olunur, terapevtik, yəni müalicəvi effekti yoxdur. Bu səbəbdən qanunvericiliyin tələblərinə görə həkimlər BAƏ-ləri reseptə yaza bilməz. Lakin vəziyyət onu göstərir ki, Səhiyyə Nazirliyi buna nəzarət etmir. Nəticədə pasientlər bir çox hallarda bahalı lakin heç bir müalicəvi effekti olmayan Bioloji Qida Əlavələrinə pul xərcləyirlər. BAƏ-nin keyfiyyətinə dair ekspertizanı da AEM aparır və təəssüflər olsun ki bu mövzu ətrafında verilişdə müzakirələr aparılmadı.

Mövzunu davam etdirəcəyik.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

Azərbaycanda bu avtomobillərə maraq kəskin azaldı - Video

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Rusiya Kurskda Ukrayna hərbçilərini vurdu - Video

FHN Mingəçevirdə 35 yaşlı kişinin suda batması faktı ilə bağlı məlumat yayıb - Yenilənib

Paris-2024: Medal siyahısında dəyişiklik ola bilər - Səbəb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay