Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moldovada böhran: prezident Mayya Sandu Azərbaycandan kömək istədi

Moldovada böhran: prezident Mayya Sandu Azərbaycandan kömək istədi
Moldova prezidenti Mayya Sandu ölkədə yaranmış kəskin yanacaq böhranı ilə bağlı Rumıniya, Polşa, Almaniya və Azərbaycandan kömək istədiyini bəyan edib. Virtualaz.org xəbər verir ki, Avropa bazarlarında təbii qazın qiymətinin fantasik ölçülərdə artdığı bir vaxtda kasıb ölkə Moldova Rusiyanın “Qazprom” şirkəti ilə anlaşa bilmir və nəticədə yanacaq təchizatı ilə bağlı mürəkkəb vəziyyətlə üzləşib.

“Mən qaz böhranının aradan qaldırılması üçün Moldovanın əsas tərəfdaşlarından yardım istəmişəm və belə cavab almışam ki, respublikanın sakinləri bu böhran qarşısında tək qalmayacaqlar”,-prezident Sandu bildirib.

Moldova dövlət başçısı deyib ki, bu məsələni Vyanaya səfəri zamanı qaldırıb, habelə Avropa rəsmiləri ilə müzakirə edib. Prezident ümid etdiyini bildirib ki, onun ölkəsi tezliklə bu energetika böhranını aradan qaldıra biləcək.

Moldova “Qazprom”la 2008-ci ildə imzalanmış müqavilə üzrə Rusiyadan qaz alırdı, bu il sentyabrın 30-da müqavilənin vaxtı bitib. Tərəflər yeni şərtlərlə bağlı razılığa gələ bilməyiblər və iki dəfə müqavilənin müddətini bir aylıq uzadıblar. Üstəlik qazın min kubmetrinin qiyməti 790 dollardan hesablanıb. Rusiya şirkəti bildirir ki, Moldova indiyədək yığılıb qalmış 700 milyon dollarlıq borcunu ödəyəndən sonra bu ölkəyə qaz təchizatını davam etdirə bilər. Əks halda dekabr ayından “Qazprom” Moldovaya qaz təchizatını dayandıracaq.

Məlumatlara görə, Rusiya tərəfi eyham edir ki, Moldova nisbətən ucuz qiymətə qaz almaq istəyirsə özünün qərbyönümlü oriyentasiyasını dəyişməlidir və Moskvanın orbitinə qayıtmalıdır. Qərbyönümlü prezident Mayya Sandu isə bu şərti rədd edir.

Yaranmış vəziyyətlə bağlı Moldova parlamenti oktyabrın 22-də ölkədə fövqəladə vəziyyət elan edib, habelə Kişnyov Polşanın PGNiG və Niderlandın Vitol şirkətindən 1 milyon kubmetr qaz alıb. Əgər qaz təchizatında böhran aradan qaldırılmasa ölkədə elektrik enerjisi böhranı da başlayacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Azərbaycanda bu avtomobillərə maraq kəskin azaldı - Video

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Rusiya Kurskda Ukrayna hərbçilərini vurdu - Video

FHN Mingəçevirdə 35 yaşlı kişinin suda batması faktı ilə bağlı məlumat yayıb - Yenilənib

Paris-2024: Medal siyahısında dəyişiklik ola bilər - Səbəb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay