Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Benzinin qiyməti qalxır... - Hökumət qiymətin artırılmasına niyə ehtiyac duyur?

Benzinin litrinin 15 qəpik artması kasıb insanların büdcəsinə necə təsir edəcək?..

İqtisadçı-alim: “Elə zənn etməyin ki, 2022-ci ildən benzinin qiymətində ucuzlaşma yaşanacaq, əksinə, zavod fəaliyyətə başlayan kimi qiymətlərin yenidən artacağı gözlənilir”.

Bu sözləri iqtisadiçı-alim Vüsalə Əhmədova Azərbaycanda “Aİ-92” markalı benzinin qiymətinin qalxacağı ilə yayılan xəbərləri PİA.az-a şərh edərkən qeyd edib.

Dünəndən başlayaraq ölkə mətbuatında “Aİ-92” markalı benzinin qiymətinin qalxacağı ilə bağlı xəbərlər tirajlanmaqdadır. Bilirik ki, bundan əvvəl benzinin qiymətinin qalxması daxili bazarda qiymətlərin artmasına ciddi təsir etdi.

Qeyd edək ki, dünən “A-92” markalı benzinin qiymətinin qalxması ilə bağlı xəbərləri şərh edən Azərbaycan Ağsaqqllar Şurasının sədri, deputat Eldar Quliyev deyib ki, “Dövləti nəzərə almaq lazımdır, 15 qəpiklə heç kim kasıblamaz”. Bu açıqlamanı necə dəyərləndirmək olar? Doğrudanmı benzinin litrinin 15 qəpik artması kasıb insanların büdcəsinə təsirsiz ötüşəcək?

Nəzərə alsaq ki, yaxın qonşularımız Gürcüstan və Ermənistan neft istehsalçısı olmasalar da, onlarda benzinin qiyməti bizdəki ilə eynidi, o zaman benzinin qiymətinin artmasının hansı iqtisadi əsasları var və hökumət benzinin qiymətinin artırılmasına niyə ehtiyac duyur?

Benzinin qiymətinin qalxma səbəblərini PİA.az-ın əməkdaşı iqtisadçı-alim Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: ““Ağsaqqallar” şurasının sədri “15 qəpiklə heç kim kasıblamaz”, desə də, bu belə deyil”.

Benzinin qiymətinin yüksəlməsinin hər zaman istehlak bazarına ciddi təsir göstərdiyini vurğulayan ekspert PİA.az-a bildirib ki, yanacağın qiymətinin qalxması kənd təsərrüfatı məhsullarının, taksi xidmətlərinin, nəqliyyat və qeyri-ərzaq mallarının qiymətində yüksəlməyə səbəb olur. Bu isə vətəndaşların birbaşa kasıblaşması deməkdir:

“Bu ilin yanvar ayından sürəkli benzinin qiymət artışı ilə qarşı-qarşıyayıq. Bilirsiz ki, yanvarın 5-dən “Aİ-92” markalı benzinin pərakəndə satış qiyməti 90 qəpikdən 1 manata, dizel yanacağının pərakəndə satış qiyməti isə 60 qəpikdən 80 qəpiyə qaldırıldı. Daha sonra, iyun ayında “Aİ-95 premium” markalı benzinin qiyməti 1.25 manatdan 1.40 manata qaldırıldı. Üzərindən heç bir ay keçməmiş “Aİ-95 premium” markalı benzinin qiyməti təkrar qaldırılaraq 1.45 manat oldu. Hazırda isə, “Aİ-95 premium” markalı benzinin qiyməti 1.60 manat təşkil edir. “Aİ-98 super” markalı benzinin qiyməti isə 1.60 manatdan 1.90 manat yüksəldilib.

Ümumi götürsək, ilin əvvəlindən indiyə qədər yanacağın qiymətində 60-70 faizlik qiymət artımı baş verib. SOCAR açıqlama verərək, “Premium” və “Super” markalı benzinin Azərbaycanda istehsalının olmadığını, xaricdən idxal olunduğunu və qiymətlərin beynəlxalq qiymətlərdən asılı olduğunu əsas gətirir. Neft emalı zavodunun modernizasiya ediləcəyi və 2022-ci ildə yüksək keyfiyyətli yanacaq istehsalına başlanılacağı və bundan sonra qiymətləri Azərbaycanın tənzimləyəcəyi bildirilir.

Vüsalə Əhmədova: “Biz neft ixrac edən ölkəyik, qiymət artımı neft ixracından əldə olunan gəlir ilə kompensasiya edilə bilərdi”.

Elə zənn etməyin ki, 2022-ci ildən benzinin qiymətində ucuzlaşma yaşanacaq, əksinə, zavod fəaliyyətə başlayan kimi qiymətlərin yenidən artacağı gözlənilir. Yeni zavodun istehsal xərclərini vətəndaşların canından çıxaracaqlar.

Əvvala, biz neft ixrac edən ölkəyik, qiymət artımı neft ixracından əldə olunan gəlir ilə kompensasiya edilə bilərdi. Necə ki, benzinin dünya bazar qiymətində artım var, eləcə də hazırda neftin dünya bazar qiymətində kifayət qədər yüksəlmə müşahidə olunur. İstər Gürcüstanda, istərsə də Ermənistanda benzin qiymətləri bizimlə eynidir. Elə Türkiyəni götürək, “95 oktan kurşunsuz” benzinin qiyməti 7.76 TL-dir (1.56 manat).

Gördüyünüz kimi hətta Türkiyədə bir miqdar bizdən ucuzdur. Benzinin qiymətinin yüksəlməsi hər zaman istehlak bazarına ciddi təsir göstərib. Yanacağın qiymətinin qalxması bilirsiz ki, kənd təsərrüfatı məhsullarının, taksi xidmətlərinin, nəqliyyat və qeyri-ərzaq mallarının qiymətində yüksəlməyə səbəb olur. Bu isə vətəndaşların birbaşa kasıblaşması deməkdir. Hərçənd “Ağsaqqallar” şurasının sədri “15 qəpiklə heç kim kasıblamaz” desə də, bu belə deyil”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Azərbaycanda bu avtomobillərə maraq kəskin azaldı - Video

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

FHN Mingəçevirdə 35 yaşlı kişinin suda batması faktı ilə bağlı məlumat yayıb - Yenilənib

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadılıb? - Araşdırmalara başlanıldı

Rusiya Kurskda Ukrayna hərbçilərini vurdu - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay