Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Fillər dalaşır, otlar əzilir” - Böyük rəqabətdə kim qalib olacaq, Çin, yoxsa ABŞ?..

“Çinə mühacirət etmək üçün Çin səfirliyinə müraciət edən izdihamı və uzun növbələri nəzərə alsaq, Pekinin müxtəlif tədbirlərlə Vaşinqtonu ötüb keçdiyini söyləyə bilərik”...

Hüseyn Şubukşi
“Şarkul Avsat” qəzeti, 31 avqust 2021-ci il

Qlobal başlıqlar nə vaxt alovlansa, Amerika qartalının gözləntiləri və Çin əjdahasının yüksəlişi istər-istəməz bu başlıqlarla birlikdə böyüyür. Çox vaxt bu fikirdə olanlar Çin üçün təsirli iqtisadi rəqəmlərdən və nisbətlərdən istifadə edirlər. Beləliklə, digər sektorlarda istər-istəməz gündəmə gələn Çin hegemonluğundan ABŞ-a qarşı bir meyar olaraq istifadə edirlər.

Bu fikir isə müxtəlif səbəblərdən məşhur dairələrdə geniş yayılıb.

Ancaq iqtisadi “üstünlük” və iqtisadi “parlaqlıq” xüsusiyyətləri diqqətlə və dərindən oxunsa, reallıqdan tamamilə fərqli bir mənzərə ortaya çıxa bilər. Məlumdur ki, Çinin iqtisadi üstünlüyü ideyasını mənimsəyənlərin ən çox vurğuladığı məqam son 30 ildə iqtisadi artımını ildə orta hesabla 8%-dan çox artıran milli məhsulun nisbətidir. Bu, Çini sırayla Almaniya və Yaponiyanı geridə qoyaraq dünyanın ikinci ən böyük iqtisadiyyatına çevirdi. Ancaq ABŞ və Çin arasındakı böyük iqtisadi uçurum iki ölkənin adambaşına düşən gəliri müqayisə edildikdə ortaya çıxır.

ABŞ-da adambaşına düşən orta gəlir ildə 40 min dolları, Çində isə 3 min dollardan bir qədər çoxdur. Bu, Çini Dünya Bankının təsnifatına görə ən kasıb ölkələrdən birinə çevirir.
Gəlir və sərvət anlayışlarını aydınlaşdırmağın və tamamilə fərqləndirməyin zəruriliyi onsuz da danılmazdır. Gəlir ümumi daxili məhsulun, yəni müəyyən bir ölkə tərəfindən təqdim olunan mal və xidmətlərin miqdarının hesablanması ilə ölçülür. Sərvət isə tamamilə fərqli bir anlayışdır. Çünki bu, resursların cəmi deməkdir və bu da yalnız istehsaldan daha geniş və daha əhatəli bir meyardır.

Dünya Bankı və Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, nüfuzlu Tufts Universitetinin verdiyi qiymətləndirmə ABŞ-ın Çindən ən azı üç qat daha zəngin olduğunu açıq şəkildə göstərib. Tufts Universitetinin araşdırması ABŞ-ın zənginliyinin ən önəmli səbəblərindən birinin bu sahədə ciddi problemləri olan Çindən fərqli olaraq, ölkənin şimal bölgələrinin bütün ştatlarını ona bağlayan təmiz mühit və su qaynaqları olduğunu ortaya qoyub.

ABŞ-ın həm də enerji ehtiyacının 45%-ni kömürlə təmin edən, qalanını isə tamamilə idxal olunan qaz və neftdən əldə edən Çindən fərqli olaraq, hələ uzun müddət özünü təmin edəcək neft və qaz ehtiyatları var.

Bundan əlavə, ABŞ-ın kənd təsərrüfatı və ərzaq sahəsindəki təsirini və gücünü yerli və beynəlxalq səviyyədə göz ardı etmək olmaz. Bu, Çinin tamamilə zəif olduğu bir mövzudur. ABŞ-dakı universitetləri, bütün dünyada təhsil sisteminin gücünə, tədqiqat və inkişaf mühərrikinə öncülük edən Harvard, Stanford, Yale, Massaçusetts Texnologiya İnstitutu, Kolumbiya kimi ən əhəmiyyətli universitetlərin mövcud olduğunu da gözardı etmək mümkün deyil.

ABŞ iqtisadiyyatında Çinlə müqayisədə rəqabət üstünlüyü və əlavə dəyər halına gətirən akademik araşdırma motorundan istifadə edilir. Amerika şirkətlərinin dünyadakı vəziyyəti, ümumilikdə qlobal iqtisadiyyata təsirlərinin gücü və dünyanın ən əhəmiyyətli və təsirli maliyyə aləti olaraq dolların üstünlüyü də danılmazdır.

ABŞ-ı bir şirkət hesab etsək, idarə heyəti sədrini meyar olaraq götürərək şirkəti mühakimə etmək mümkün deyil. Xüsusilə də, dünyaya ilham verən və şirkəti idarə etməyi bacaran idarə heyəti son vaxtlar idarə heyətinin sədrini seçməkdə uğur qazana bilməyibsə. Bu, Çinin sürətli yüksəlişinin ABŞ və müttəfiqlərinin iqtisadiyyatı üçün bir problem və təhlükə yaratmadığı anlamına gəlmir. Beləliklə, amerikalılar Çin əjdahası qarşısında rahatlıq lüksü olmadığını başa düşürlər.

Bu yaxınlarda Əfqanıstanda baş verən son hadisələri şərh etmək üçün televiziya kanalına çıxan bir siyasi analitik ABŞ və Çin arasında fərqli bir müqayisə aparıb:

“Çinə mühacirət etmək üçün Çin səfirliyinə müraciət edən izdihamı və uzun növbələri nəzərə alsaq, Pekinin müxtəlif tədbirlərlə Vaşinqtonu ötüb keçdiyini söyləyə bilərik”.

ABŞ və Çin arasında gedən şiddətli müharibə, mükəmməl dəyərlər və prinsiplər uğrunda mübarizəyə çevrildiyi üçün indi iqtisadi müharibədən də xeyli fərqli bir ideoloji müharibəyə çevrilib.

Bu gün dünya bir çox məna və hikmət ehtiva edən bir Hindistan atalar sözünü xatırlayaraq bu çılğın rəqabəti izləyir:

“Fillər dalaşır, otlar əzilir”...

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: ABŞ Çin

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Azərbaycanda bu avtomobillərə maraq kəskin azaldı - Video

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

FHN Mingəçevirdə 35 yaşlı kişinin suda batması faktı ilə bağlı məlumat yayıb - Yenilənib

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadılıb? - Araşdırmalara başlanıldı

Rusiya Kurskda Ukrayna hərbçilərini vurdu - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay