Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN cərimələrin 1 ay müddətində ödənilməsində niyə israr edir... - Zahid Orucdan şərh

Bu addım dövlətin sosial siyasətinə, o cümlədən humanist prinsiplərə nə qədər uyğundur?..

Millət vəkili: “Daxili işlər orqanları qanunvericiliyin tələblərini həyata keçirirlər. Burada alternativ addımların atılması bilavasitə hökumətin, o cümlədən parlamentin üzərindədir”.

“Müxtəlif region dövlətlər və xarici ölkələrin bəzilərində daxili durumlarından və siyasi şərtlərindən asılı olaraq sosial amnistiya qərarlarının verilməsi Azərbaycanda da bəlli çağırışları ortaya gətirir”.

Bu sözləri millət vəkili Zahid Oruc DİN-nin əhalinin indiki vəziyyətində karantin cərimələrini 1 ay müddətində ödənilməsi ilə bağlı israrının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, “karantin cəriməsini ödəməyənlər axtarışa veriləcək”. Bilirik ki, karantin cərimələrin cəmiyyətin daha az savadlı kasıb insanlara tətbiq edilib. Həmin insanların bu gün pandemiya ilə əlaqədar gəlirləri də bir xeyli aşağı düşüb. Digər tərəfdən isə, koranavirusa yoluxan kasıb insanların xəstəxanaların dolması səbəbi ilə pulsuz müalicələri üçün də ciddi problemlər yaranıb və evdə müalicə olunan kasıb insanlar müalicə xərclərini özləri ödəməli olurlar.

Bütün bu problemlər içində DİN-nin cərimələri 1 ay müddətində ödənilməsi ilə bağlı israrlı olması dövlətin sosial siyasətinə, o cümlədən humanist prinsiplərə nə qədər uyğundur?

Mövzunu PİA.az-ın əməkdaşı millət vəkili Zahid Orucla müzakirə edib.

Zahid Oruc: “Bu gün hökumət, parlament, vətəndaş cəmiyyəti institutları bu məsələ ətrafında birgə müzakirə apararaq optimal mövqe seçə bilərlər. İnanıram ki, millətimizin maraqlarını tanıyan, onların sosial mənafeyinə uyğun olan qərarların qəbul olunmasına imkan yaranacaq”.

Pandemiyanın ən böyük zərbəsinin insanların sosial durumuna dəydiyini xatırladan millət vəkili bildirib ki, belə olan halda da biz cərimələrə ümumi cəmiyyətin sosial durumu kontekstində qiymət verməliyik:

“Şübhəsiz ki, daxili işlər orqanları qanunvericiliyin tələblərini həyata keçirirlər. Burada alternativ addımların atılması bilavasitə hökumətin, o cümlədən parlamentin üzərindədir. Pandemiyanın ən şiddətli dövründə və karant məhdudiyyətlərinin daha çox olduğu zamanda cəmiyyətin özündən belə tələblər səslənirdi ki, digər insanların təhlükəsizliyini və sağlamlığını qorumaq üçün müvafiq sanksiyalar həyata keçirilsin. Təbii ki, şərait dəyişdikcə ona münasibət də əvvəlki formada qalmır.

Bildiyimiz kimi pandemiyanın ən böyük zərbəsi insanların sosial durumuna dəyib. Bunu biz həm büdcə gəlirlərində, həm də ümumən vətəndaşların iqtisadi aktivliyinin qat-qat aşağı düşməsi fonunda, eləcə də xarici əlaqələrin əvvəlkindən müqayisə olunmaz dərəcədə zəifləməsində görə bilərik. Buna görə də ölkəyə xaricdən gələn gəlirlər, o cümlədən sırf vətəndaşların əli ilə qazanılan milyardlar itirilmiş sayılır. Belə olan halda da biz cərimələrə ümumi cəmiyyətin sosial durumu kontekstində qiymət verməliyik.

Zahid Oruc: “Pandemiyanın ən şiddətli dövründə və karant məhdudiyyətlərinin daha çox olduğu zamanda cəmiyyətin özündən belə tələblər səslənirdi ki, digər insanların təhlükəsizliyini və sağlamlığını qorumaq üçün müvafiq sanksiyalar həyata keçirilsin”.

Qeyd edək ki, müxtəlif region dövlətlər və xarici ölkələrin bəzilərində daxili durumlarından və siyasi şərtlərindən asılı olaraq sosial amnistiya qərarlarının verilməsi Azərbaycanda da bəlli çağırışları ortaya gətirir. Amma unutmaq lazım deyil ki, Azərbaycan dövləti 10 illər ərzində prezident İlham Əliyevin qərarları ilə müxtəlif xarakterli, iqtisadi, maliyyə və siyasi güzəştlərin şahidi olmuşuq. Xatırlayıram ki, 1 milyondan artıq elektrik və qaz sferasındakı ödənişlər əhalimiz bağışlandı. O cümlədən, devalvasiyanın gətirdiyi məlum problemlər fonunda maliyyə sahəsində müxtəlif indeksasiya tədbirləri yaxud da ziyanların müəyən qədər daşlanması ilə bağlı 2019-2020-ci ildə atılan addımları xatırlatmaq istərdim. Yəni humanizmdə prezident İlham Əliyevlə müqayisə olunacaq ikinci dövlət adamı və siyasi lider yoxdur.

İndi atılacaq addımlar, gələcəkdə insanların təhlükəsizliyinin qorunması üçün atılan addımlardır. Yəni cərimə olmayacaq deyə kimlərinsə qaydaları pozacağının qarşısı alınacaq. Cərimələrin silinməsi hüquqi çərçivələrin dağılmasına gətirib çıxarmamalıdır. Bu gün hökumət, parlament, vətəndaş cəmiyyəti institutları bu məsələ ətrafında birgə müzakirə apararaq optimal mövqe seçə bilərlər. İnanıram ki, millətimizin maraqlarını tanıyan, onların sosial mənafeyinə uyğun olan qərarların qəbul olunmasına imkan yaranacaq”.

Xatırladaq ki, Gürcüstan hökuməti COVİD19-la bağlı karantin rejimi qaydalarının pozulmasına görə yazılmış cərimələri silib. Bu barədə ölkənin baş naziri məlumat verib. Hökumətin qərarı ilə 245 min fiziki şəxs və 344 min hüquqi şəxs bu cətimədən azad edilib.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Azərbaycanda bu avtomobillərə maraq kəskin azaldı - Video

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

FHN Mingəçevirdə 35 yaşlı kişinin suda batması faktı ilə bağlı məlumat yayıb - Yenilənib

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadılıb? - Araşdırmalara başlanıldı

Rusiya Kurskda Ukrayna hərbçilərini vurdu - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay