Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Peyvənd olunmayanlar üçün “lokdaun”: Həkim-infeksionist vaksinasiyanı məcburi etməyə çağırır

Azərbaycanda koronavirus pandemiyasının dördüncü dalğası yaşanır. Vətəndaşlar iyulun əvvəlində ölkədə aşkarlanan Hindistan (Delta) ştammına yoluxurlar. Koronavirusun bu növü əvvəlkilərdən daha aqressivdir. Peyvənd olunmayan, xəstələnməyən, habelə xroniki xəstəlikləri olan vətəndaşlar “Delta” ştammına yoluxmanı çox ağır çox keçirirlər. Bu dalğa zamanı xəstələrin sayı, eləcə də ölüm əmsalı kəskin şəkildə arta bilər. Son statistik məlumatlar bunun əyani sübutudur.

Bu fikirləri Media.Az -a açıqlamasında pandemiya xəstəxanasının infeksionist həkimi Polina Əliyeva bildirib.

Xatırladaq ki, son sutka ərzində 2 674 nəfərdə koronavirus aşkarlanıb, 576 nəfər sağalıb, 14 nəfər isə COVID-19 diaqnozu ilə vəfat edib.

Polina Əliyevanın sözlərinə görə, yeni ştamma yoluxma zamanı xəstəliyin gedişi ildırım sürətilə cərəyan edir.

“Təsəvvür edin ki, KT müayinəsilə bir xəstənin ağciyərlərinin 10-20% zədələndiyini görürük və 2-3 gündən sonra dinamik rentgen görüntüsü zədələnmənin artıq 80-90% olduğunu göstərir. Hər şey çox tez baş verir, əvvəllər özünü təsdiqləmiş müalicə protokolları çox vaxt təsirsiz olur və fərdi müalicə metodu seçməli olursunuz. Özü də bütün bunlar digər həyat əhəmiyyətli orqanların zədələnməsi fonunda baş verir”, - deyə həkim izah edib.

Onun sözlərinə görə, “Delta” çox aqressivdir. Əvvəllər bir yoluxmuş insan orta hesabla 2-3 nəfəri yoluxdururdusa, bu gün həmin rəqəm 4-5-ə çatır. Bu dalğa zamanı yoluxanların sayının daha çox olacağı artıq bəllidir. Xəstəxanalarda, xüsusən də reanimasiya şöbələrində boş çarpayılar olmayacaq. Bundan əlavə, həkimlərin iş yükü də artacaq.

“Bəzi vətəndaşlar son anda həkimlərə müraciət edərək məsuliyyətsiz davranmağa davam edirlər. Bir daha xəbərdarlıq etmək istəyirəm ki, bu çox təhlükəli bir virusdur, xüsusən də Hindistan ştammı. Özünü müalicə edə bilməzsən, dərhal həkimə müraciət etməlisən. “Delta” ştammı ilk növbədə ağciyərlərə, sonra böyrəklərə və ürəyə neqativ təsir edir. Onun nə qədər təhlükəli olduğunu anlamalısınız” – deyə həkim xəbərdarlıq edib.

P.Əliyeva vurğulayıb ki, xəstəliyin gedişi yaş, paralel xəstəliklər və peyvənd kimi bir sıra digər amillərdən də asılıdır.

“Peyvənd olunmuş insanlar xəstəliyi yüngül və ya orta ağır formalarda keçirirlər. Bu cür xəstələr arasında sağ qalma nisbəti çox yüksəkdir. Halbuki, bunu peyvənd olunmayanlar haqqında söyləmək mümkün deyil. Odur ki, pandemiyanı yalnız kollektiv iimmunitetlə məğlub etmək mümkündür. Əhalinin 50% -dən çoxu yoluxduqdan və ya vaksinasiya olunduqdan sonra xəstəlik halları da azalacaq.

Bu zaman koronavirus adi mövsümi qripə çevriləcək. Düşünürəm ki, peyvənd seçimi daha az faciəlidir, buna görə də bütün vətəndaşları vaksinasiyaya çağırıram. Başqa çarəmiz yoxdur. Bəli, COVID-19 peyvəndindən sonra yan təsirlər ola bilər, ancaq ölümcül deyil, lakin bunu infeksiyanın nəticələri haqqında söyləmək olmaz”, -deyə P.Əliyeva əlavə edib.

Sonda, pandemiya xəstəxanasının yoluxucu xəstəliklər mütəxəssisi, xəstələrin sayının artdığını nəzərə alaraq, tezliklə peyvəndin məcburi edilməsinin lazım olacağını söyləyib.

“Məsələn, lokdaun tətbiq edib bütün peyvənd olunmayanları evə qapatmaq, yalnız vaksinasiya üçün çölə çıxmalarına icazə vermək olar. Fövqəladə vəziyyətlərdə peyvənd məcburi ola bilər”,- deyə həkim qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadılıb? - Araşdırmalara başlanıldı

Azərbaycanda bu avtomobillərə maraq kəskin azaldı - Video

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

FHN Mingəçevirdə 35 yaşlı kişinin suda batması faktı ilə bağlı məlumat yayıb - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay