Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÜST Azərbaycana dəstək göstərməyə davam edəcək

"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bundan sonra da Azərbaycana COVİD-19-la mübarizə üçün tibb işçilərinin biliklərinin artırılması, xəstəxanaların tibbi ləvazimatlarla təminatının gücləndirilməsi, yerli və beynəlxalq ekspertlərin təcrübəsinin tətbiqi və tövsiyələrinin verilməsi istiqamətində dəstək göstərməyə davam edəcək".

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, ÜST pandemiyanın başlanğıcından etibarən virusla mübarizədə Azərbaycana dəstək göstərir. Bu çərçivədə ölkədəki mübarizə tədbirlərini dəyərləndirmək üçün fərqli zamanlarda iki missiya dəvət olunub və müvafiq tövsiyələr hazırlanaraq hökümətə təqdim olunub. Bununla yanaşı, xəstəxanalarda COVID-19-la bağlı əsas bacarıqların artırılması üçün Bakıda və regionlarda REACT-C19 layihəsi həyata keçirilib. Layihə nəticəsində 12 xəstəxanada COVID-19-la bağlı əsas bacarıqlar sürətlə artırılıb, yüzlərlə tibb işçisinə təlim keçirilib, Yeni Klinikada təlim mərkəzi və 3 xəstəxanada infeksiyaya nəzarət komitələri yaradılıb. Bununla yanaşı, Avropa İttifaqının dəstəyilə ÜST tərəfindən həyata keçirilən “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” çərçivəsində ölkəyə fərdi qoruyucu vasitələr, oksigen konsentratorları və pulsoksimetrlər gətirilib və Səhiyyə Nazirliyinə təhvil verilib. Tibb işçilərinin COVID-19-la bağlı bilik və bacarıqlarını artırmaq üçün ölkədə və ölkə xaricində təlimlər və seminarlar həyata keçirilib. Azərbaycanda virusla bağlı məlumatlılığın səviyyəsini artırmaq üçün apteklərə maarifləndirici posterlər və məlumat vərəqələri paylanıb". (Trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Azərbaycanda bu avtomobillərə maraq kəskin azaldı - Video

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Rusiya Kurskda Ukrayna hərbçilərini vurdu - Video

FHN Mingəçevirdə 35 yaşlı kişinin suda batması faktı ilə bağlı məlumat yayıb - Yenilənib

Paris-2024: Medal siyahısında dəyişiklik ola bilər - Səbəb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay