Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil platformalarında internet məhdudiyyəti aradan qaldırılıb, amma…


“Ya səs kəsilir, gürüntü tez-tez itir, ya da ümumiyyətlə, qoşulmaq olmur”

27 sentyabrdan etibarən, müharibə şəraiti ilə bağlı ölkəmizdə internetə məhdudiyyət tətbiq olunur. Pandemiya səbəbində isə mart ayından dərslər distant (məsafədən) formada həyata keçirilir. Və internet məhdudiyyəti olduğu halda bu prosesi həyata keçirmək mümkün deyildi.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə 19 oktyabrdan 2 noyabr tarixinədək bütün təhsil müəssisələrində tətil elan edilmişdi. Noyabrın 2-dən isə bütün təhsil müəssisələrində dərslər distant formada davam etdirilir.

Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyinin sonuncu brifinqində çıxış edən nazir Emin Əmrullayev bir sıra hazırlıq işləri görülüb, ən optimal qərar verildiyini və bütün təhsil müəssisələrində onlayn tədrisə keçirildiyini açıqlamışdı: “Bu qərarın icrası müəyyən çətinliklər yaradacaq, amma əvvəlki dövrlərdən bu təcrübə var, inanıram ki, nə qədər çətinlik olsa da, bu üsulla növbəti həftələrdə tədrisi onlayn qaydada keçirəcəyik. Biz həm ictimaiyyət, həm müəllimlərlə ünsiyyətdə oluruq, bir çox halda mövcud çətinliyə baxmayaraq onlayn tədris daha uyğun qərar olub. Ali təhsil müəssisələrinin rektorları ilə də görüşlər olub, distant təhsilə qərar verilib. Ən böyük məsələ odur ki, ölkədə onlayn platformaların, TEAMS-in bərpası üçün çoxlu işlər görülüb, aidiyyəti dövlət qurumları ilə həmin platformaların işləməsi üçün testlər aparılıb. Təbii ki, müəyyən problemlər var, internetin keyfiyyəti və s. Amma eyni zamanda bir çox hallarda VPN istifadəsi mane olur, ona görə də bu platformalar VPN-siz işləyəcək. İnternetin keyfiyyəti ilə bərabər, həm də istifadəçi bacarığı ilə bağlı da problemlər var. Bir çox brauzerlər köhnə versiyada olduğu üçün proqram işləmir, bu hallar da var. 10-15 faiz istifadəçidə internet olsa da, sadaladığım məsələlərə görə problem olur, ona görə çalışırıq, maarifləndirmə işi aparaq”.

Lakin təhsilalanlar internetin sürətinin zəif olduğundan şikayətçidirlər. Onlar bildirirlər ki, ya ümumiyyətlə, internetə qoşulmaq olmur, ya da səs və görüntü tez-tez kəsilir.

Hazırda dərsə davamiyyətlə bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat xidmətindən Şəhanə Müşfiq AYNA-ya deyib ki, davamiyyəti qənaətbəxş hesab etmək olar: “Tələbələrimizin dərsə qoşulmasında elə də ciddi problem yaşanmayıb. Davamiyyəti qənaətbəxş hesab etmək olar. Biz tələbələrimizi də başa düşürük, bacardığımız qədər də anlayışla yanaşır, kömək etməyə çalışırıq. Əsas ciddi problem yaşayanlar rayonlarda olan tələbələrimizdir. Universitet rəhbərliyi də, müəllimlərimiz də bacardıqları qədər tələbələrə dəstək olamağa çalışır. Universitetimizdə heçirilən dərslərin xarakteristikasından asılı olaraq dərsləri onlayn keçmək o qədər də effektiv olmur”.

Bakı Slavyan Universitetinin tədris işləri üzrə rektor müavini Telman Cəfərov da bildirib ki, onlarda dərslərə davamiyyət qənaətbəxşdir: “Tələbələrimiz arasında Bərdədən, Tərtərdən olanlar da var. Həmin tələbələrin dərslərə qoşulmaq imkanları olmayıb. Lakin bir çox tələbə dərslərdə iştirak edib”.

Mövcud vəziyyəti AYNA-ya şərh edən təhsil eksperti Kamran Əsədovun fikrincə, noyabr ayının 2-dən internetlə bağlı məhdudiyyət aradan qaldırıldığına görə, əvvəlki onlayn dərslərlə müqayisədə elə də ciddi fərq hiss olunmayacaq: “27 sentyabrdan etibarən müharibə şəraitinə görə ciddi şəkildə internetdə problem yarandı və bu zaman ali təhsil müəssisələrində də tətil elan edildi. Əlbəttə ki, 50%-lik limit məcburi bir öhdəlikdir və bu, normaldır. Düzdür, ölkədə internetin verilməsində müəyyən məhdudiyyətlər var, amma noyabr ayının 2-dən bu məhdudiyyət aradan qalxacaq”.

“Bildiyimiz kimi, mart ayından etibarən Azərbaycan pandemiya səbəbindən tədris prosesində onlayn mühitə keçdi. O zaman bu hal ilk dəfə olduğuna görə qaydaları və proseslərin hansı istiqamətdə gedəcəyini bilmirdik. Təşkilatçılıq məsələsində çətinliklər var idi. Ənənəvi formada olan qayıb, qiymətləndirmə ilə bağlı problemlər özünü göstərirdi. Amma yeni tədris ili başlayanda – söhbət 2020-2021-ci tədris ilindən gedir - Nazirlər Kabineti ali təhsil müəssisələrində universitetdaxili qiymətləndirmənin meyarlarını və standartlarını müəyyənləşdirdi. Bu zaman təbii ki, birinci məsələ dərsə davamiyyət məsələsi idi, ikinci isə onlayn dərsdə iştirak edən tələbələrin bilik və bacarığının müəyyənləşdirilməsi. Nazirlər Kabinetinin müvəqqəti qaydalarında semestr ərzində dərsə davamiyyət göstəricisi kimi 50%-lik limit müəyyənləşdirildi. Təbii ki, bu limit əvvəlki ənənəvi formatdan bir az ədalətlidir. Bilirsiniz ki, əvvəl ənənəvi formada olanda tələbələr əgər 30% dərslərdə iştirak etməzdilərsə, bu zaman onların həmin fənn üzrə imtahanda iştirakı məhdudlaşdırılırdı və onların həmin fəndən kəsri qalırdı. İndi isə akademik dərs saatının 50%-ində məhdudiyyət nəzərdə tutulub. Dərsdə 50%-dən artıq iştirak etməyən tələbə həmin fənn üzrə kəsrə qalacaq”, – deyə ekspert bildirib.

Əsədov vurğulayıb ki, indiki halda “Microsoft Teams” proqramından istifadədə məhdudiyyət yoxdur, təhsilalanların internet əlçatanlığı, texniki imkanları ilə bağlı problem var: “Biz desək ki, bu gün tələbələrin komputeri, planşeti, interneti yoxdur, bu, 2020-ci il üçün o qədər də real məsələ deyil. Burada bir məsələ var, ali təhsil müəssisələri tələbələrə təhsil haqqında güzəşt etməli idi ki, güzəşt edilmiş məbləğə tələbələr texniki avadanlıq ala, internet problemini həll edə bilsinlər”.

Həmsöhbətimiz bu vəziyyətdən sui-istifadə hallarına da diqqət çəkib: “Qayıb məsələsində tələbələrə güzəşt etmək lazım deyil, sadəcə tələbələrə təhsil haqqında güzəşt etmək lazımdır. Düzdür, ənənəvi formada tələbə ali təhsil müəssisəsinə gəlməklə bağlı öhdəlik götürüb, tələbə olaraq auditoriyada bu bilik və bacarıqlara yiyələnir. Amma hesab edirəm ki, onlayn dərslərdə də iştirak məcburi olmalıdır. Bir çox hallarda tələbələr bundan sui-isifadə edirlər”.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) AYNA-nın sorğusuna cavab olaraq bildiriblər ki, distant təhsil prosesinin həyata keçirildiyi elektron platformaların fəaliyyəti məhdudlaşdırılmayıb: “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ermənistanın törətdiyi genişmiqyaslı təxribatların qarşısını almaq məqsədilə, hərbi vəziyyət şəraitində olan ölkəmizdə internetin verilməsində məhdudiyyətlər tətbiq edib. Belə ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 16.1-ci maddəsinə əsasən, fövqəladə hallarda, fövqəladə və ya hərbi vəziyyət şəraitində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq səlahiyyətli dövlət hakimiyyəti orqanları zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malikdirlər və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilərlər. Fövqəladə və hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi qaydaları müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 noyabr tarixli 517 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ın 3.1.2-ci maddəsinə əsasən, telekommunikasiya və poçt şəbəkələrinin fəaliyyəti Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hərbi idarəetmə orqanları ilə razılaşdırılmaqla, müvəqqəti məhdudlaşdırıla və dayandırıla bilər. Onu da qeyd edək ki, sözügedən məhdudiyyət müvafiq elektron kommunikasiya vasitələrinə tətbiq olunub. Ölkəmizdə distant təhsil prosesinin həyata keçirildiyi elektron platformaların fəaliyyəti məhdudlaşdırılmayıb. Ali təhsil müəssisələrinin tələbələri və orta ümumtəhsil məktəblərinin şagirdləri heç bir çətinlik çəkmədən distant təhsil prosesində iştirak edə bilərlər”, - NRYTN-dən qeyd olunub.

Nazirlikdən onu da əlavə ediblər ki, hazırkı dönəmdə distant təhsilin tətbiqi fonunda internet xidmətlərinə artan tələbatın ödənilməsi, dayanıqlığın və keyfiyyətin təmin edilməsi məqsədilə NRYTN tərəfindən bütün zəruri işlər həyata keçirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Bakıda azyaşlı övladını girov götürən və zərərsizləşdirilən şəxs "Beton Xosrov" ləqəbli tanınmış idmançı olub - Təfərrüat

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Ən çox oxunanalar