Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda həkimlərin geyimlərində çoxlu nöqsanlar var - Koronavirusa yoluxma səbəbləri bilindi

COVID-19 pandemiyasının meydana çıxdığı vaxtdan etibarən dünya təcrübəsində sıravi vətəndaşlarla bərabər, tibb işçilərinin də bu xəstəliyə yoluxma və ölüm faktları var. ..

Elə Azərbaycanda da 10 tibb işçisi koronavirus səbəbindən vəfat edib və xeyli sayda səhiyyə işçisi bu xəstəliyin daşıyıcısıdır.

Nəzərə alsaq ki, virusdan qorunmağın ən yaxşı yolunu həkimlər bilir, onda tibb işçilərinin bu virusa yoluxması maraq oyatmaya bilməz.

Maraqlıdır, bütün qoruyucu vasitələrdən istifadə edən həkimlərimizin, səhiyyə işçilərinin koronavirusa yoluxma səbəbi nədir?

Məsələ ilə bağlı Modern.az-a müsahibə verən, hazırda karantin xəstəxanası kimi fəaliyyət göstərən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev tibb işçilərinin koronavirusa yoluxmasının adi hal olduğunu deyərək, bəzi qoruyucu vasitələrdə problemlərin mövcudluğunu da bildirib:

“Bütün dünyada tibb işçilərinin koronavirusa yoluxma faktları var və bizdə də bu hal yaşanır.

Amma təəssüf ki, bizdə tibb işçisi virusa yoluxanda ona don geyindirib deyirlər ki, yəqin, yaxşı qoruna bilmirlər. Məgər döyüşə gedən əsgər yaralananda onu qınayırlar ki, niyə yaralanmısan?

Virusla mübarizə də bir növ döyüş və müharibədir, istənilən hadisə ilə üzləşmək olar və xəstəliyə yoluxma da adi haldır. Bu kimi düşüncələrə son vermək lazımdır. Amma onu da qeyd etməliyəm ki, son vaxtlarda tibb işçilərinə verilən qoruyucu geyimlərdə çox sayda nöqsanlar var.

Məsələn, tibb işçisi maskanı geyinib xəstə olan otağa daxil olur və yarım saat sonra maskanın yapışqan hissəsi qopur və heç həkimin özünün də xəbəri olmur. Beləcə, yoluxma baş verir.

Təcili olaraq bu məsələyə diqqət yetirilməlidir. Virusa yoluxma halı süni nəfəs verərkən təzyiqdən havanın kənara yayılması və virusun bu şəkildə ötürülməsi ilə də ola bilir. Tibb işçilərinə virusdan qorunmaq üçün təlimat keçirilir və onlar təqdim olunan vasitələrlə necə qorunmaq lazımdırsa, onu yaxşı bilirlər. Düzdür, ehtiyatsızlıq edib yoluxmaq olar, amma buna görə heç kimi qınamaq olmaz”.(modern.az)

pia.az


Etiket: Həkim


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Azərbaycanda bu avtomobillərə maraq kəskin azaldı - Video

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

FHN Mingəçevirdə 35 yaşlı kişinin suda batması faktı ilə bağlı məlumat yayıb - Yenilənib

Rusiya Kurskda Ukrayna hərbçilərini vurdu - Video

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadılıb? - Araşdırmalara başlanıldı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay