Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın siyasi sistemi çürüyüb: Etirazlar və pandemiya prezident seçkilərinə necə təsir edəcək?..

“Floyd etirazları” və pandemiya ilə ortaya çıxan iqtisadi problemlər ABŞ prezident seçkilərində böyük rol oynaya bilər...

Abdullah Muradoğlu

“Yeni Şafak” qəzeti, Türkiyə, 9 iyun 2020-ci il

Qaradərili Corc Floydun öldürülməsi ilə başlayan etiraz dalğasının noyabrda keçiriləcək prezident seçkilərinə necə təsir edəcəyi ilə bağlı bir çox fikirlər var. Covıd-19 Amerikanın bir çox problemlərini, xüsusilə də gəlir və sərvət bölgüsünüdəki boşluqlarını üzə çıxarıb. Bir reallıq da odur ki, ABŞ siyasi sistemi bu problemləri həll edə bilməyəcək qədər çürüyüb.

Partiyanın bazasından çıxmayan bir sima olaraq Trampın 2016-cı ildə çox təəccüblü şəkildə prezident seçilməsi iki partiyanın əsas siyasətinin çürüməsi nəticəsində baş verdi. Trampın fikrincə, Vaşinqton bütün problemlərin mənbəyi olan bir bataqlıq idi. Bataqlığı qurutmaqla “Amerikanı yenidən böyüdəcəyini” iddia edərək səhnəyə çıxan Tramp iki partiyalı əsas siyasətə qarşı çıxaraq ağdərili amerikalıların dəstəyini qazanmışdı.

Tramp həm xaricdə trilyon dollara başa gələn müharibələrə son qoyacağını, həm də gedən işləri yenidən Amerikaya qaytaracağını vəd edərək prezident seçilmişdi. Onun verdiyi vədlərdə nə qədər səmimi olduğu və nə dərəcədə yerinə yetdiyi açıq-aydın görünür. Tramp gördüyü işlərdən çox, məhv etdiyi işlərlə yadda qalan bir prezidentdir.

Tramp əvvəlcə Respublikaçılar Partiyasının əsas liderləri ilə toqquşub, sonra da uzlaşıb. Trampla birlikdə Respublikaçılar Partiyası da daha çox sağa yönələrək ağların partiyasına çevrilib. Xristian-sionist evangelistlər Trampın siyasətində daha fəal iştirak ediblər. Trampa ən çox dəstək verən də həmişə tənqid etdiyi neocon siyasətçiləri oldu. Şərhlərə görə, əgər Tramp 2020-ci ilin noyabr ayında yenidən seçilsə, o zaman bu qruplara olan ehtiyacı azalacaq və “Vaşinqton bataqlığını” qurutmaq gücünə sahib olacaq.

Respublikaçılar Partiyası “daha ağ” bir partiyaya çevrilsə, Demokratlar Partiyası da “daha rəngli bir partiya” olmalıdır. Bunun üçün də Demokratların ağdərili əsas qrupları ilə rəngli qrupları arasında güclü bir danışıq və razılıq əldə edilməlidir. Prezidentlik yarışının əvvəlində çox da perspektivli görünməyən Co Bayden get-gedə irəli çıxıb. Əsas Demokratlar “idarə olunan dəyişiklik” istəyirlər. Berni Sanders ideoloji debatlarla yanaşı, yeni nəslin dəstəyini qazanmış olsa da, nümayəndələr Tramp qarşısındakı tək şanslarının Co Bayden olduğuna qərar verdilər. Bayden partiyasının əsas cərəyanını təmsil edən ciddi bir simadır. Partiyanın ideoloji olaraq necə çevriləcəyini isə hər kəs maraqla gözləyir.

Demokratlar həm ağ amerikalıların səsini itirməməli, həm də səsverməyə getməyən geniş auditoriyanı razı salmalıdırlar. Nazik buz qatı üzərində rəqs etməyə çalışan Bayden partiyanın əsas cərəyanı ilə radikal qanadları arasında körpü rolunu oynamağa çalışır. Yeni nəsil rəngli siyasətçilərin də enerjisi ilə Demokratlar 2018-ci ildə Nümayəndələr Palatasında çoxluq qazanmışdılar.

Demokratlara seçim strategiyası təklif edən analitiklər Baydenə vitse-prezidentlik üçün bir qadın namizəd seçməyi tövsiyə ediblər. Bu namizədin xüsusilə qaradərili olmasını tövsiyə edənlər də var. Qaradərili qadınlar Demokrat Partiyasının ən vacib tərəfdarlarıdır. Səsvermədə iştirak edən hər 10 qaradərili qadından 9-u Demokratlara səs verir. Səs verməyənlərin də böyük bir hissəsi qaradərililərdir. Seçkinin nəticələrinin çox dar bir qrupda baş tutduğunu nəzərə alsaq, bu səsvermədə iştirak etmək çox vacibdir. Baydenə vitse-prezident olaraq təklif olunan qaradərili qadınlardan biri uzun illərdir qaradərili gənclərin seçki məntəqələrinə getməsi üçün mübarizə aparan keçmiş deputat Steysi Abramsdır.

2016-cı ildə seçkiyə getməyən yüz milyon seçicinin razı salınması partiyanın xəttində və vədlərində də kəskin dəyişiklik tələb edir. Bayden bu istiqamətdə mesajlar verir. Məsələn, Bayden Floydun ölümü ilə bağlı açıqlamasında: “İstəyirəm ki, məhv edildiyini, heçə sayıldığını və geridə buraxıldığını hiss edən hər bir amerikalı kampaniyamıza qoşulsun. Biz yalnız Trampı məğlub edəcək bir hərəkat qurmuruq, həm də millətimizi dəyişdirəcək bir hərəkatın əsasını qoyuruq”, deyəcəkdi.

Qaradərililərin səslərinə olan kritik ehtiyac Baydeni və Demokratlar Partiyasını dəyişməyə məcbur edir. “Floyd etirazları” və pandemiya ilə ortaya çıxan iqtisadi problemlər də böyük rol oynayır. ABŞ-da əsas mərkəzçi siyasət öz təsirini itirir. Bu, bəlkə də, noyabr seçkilərinin ən vacib elementidir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Bakıda azyaşlı övladını girov götürən və zərərsizləşdirilən şəxs "Beton Xosrov" ləqəbli tanınmış idmançı olub - Təfərrüat

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Ən çox oxunanalar