Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şeyxin müavini: "Azərbaycanda heç kim dindar olduğuna görə təqib olunmur"

Azərbaycanda dindarların ibadət etmələri üçün yüksək səviyyədə şərait yaradılıb

"Şeyxulislam Hacı Allahşükür Paşazadənin Nərimanov rayonunda yaşadığı yerdə tikilən iqamətgah ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə inşa edilib".

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayev "Heydər ƏliyevAzərbaycanda din siyasəti" mövzusunda keçirilən konfransda deyib.

F.Nurullayev deyib ki, həmin iqamətgahda dini tədbirlər keçirilir: "Hazırda şeyxin yaşadığı evin yerləşdiyi torpaq sahəni ulu öndər hədiyyə edib. Həmin həyətdə Heydər Əliyevin təşəbbüsü ilə iqamətgah tikilib. Həmin iqamətgahda hər il iftar süfrəsi təşkil olunur. Rəsmi qonaqlar qəbul edilir".

Sədr müavini deyib ki, Azərbaycanda dindarların ibadət etmələri üçün yüksək səviyyədə şərait yaradılıb: "Biz azad, demokratik ölkədə yaşayırıq. Dini etiqad azadlığımız var. Bu gün Azərbaycanda hər kəs məscidlərə rahat şəkildə gedib-gələ bilir. Heç kim dindar olduğuna görə təqib olunmur".(Report.az)

pia.az


Etiket: Fuad Nurullayev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verib

Ən çox oxunanalar