Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın dəhşətli Venesuela planı

Venesuela illərdir ixracatının 90 faizindən çoxunu neft ilə həyata keçirir

Dünyanın məlum olan ən böyük neft ehtiyatları bu ölkədə yerləşir. Təbii qaz mənbələrində isə yeddinci sıradadır. Ancaq istehsal gücünün zəifləməsi və düşən neft qiymətləri Venesuela iqtisadiyyatının sanki dağılmasında ən böyük amil oldu. Ölkənin daha çox neft istehsal etməyinə, neftini satmağına və pulunu qiymətləndirmə mövzularında isə ciddi sanksiyalar var. Bunların ən əhəmiyyətlisi Donald Tramp prezident olandan sonra qüvvəyə mindi. 2017-nin martında Venesuela hökumətinin ABŞ-dakı borc və varlıq birjalarına girişi qadağan olundu. Ancaq Venesuela dövlət Neft şirkəti PdVSA-nın sahib olduğu Citgo şirkətinin borclar azad tutulub. Çünki bunlar ABŞ vətəndaşlarının əlində idi.

Citgo Venesuelanın ən mühüm xarici varlığı kimi, həm də PdVSA-nın göz bəbəyi kimi tanınır. Mərkəzi Hyustondadır. Çoxu ABŞ-da olmaqla, 600-dən çox benzin stansiyası var. Daha çox Şevron və Valero Energy ilə işləyir və Venesuelanın neft ixracatının böyük bir hissəsini təmin edir. Sanksiyalar səbəbindən bütün pul Maduro hökumətinə gəlmir, ancaq "Maduronun tək nağd axın mənbəyi Citgo-dur" demək də çox da səhv olmaz.

ABŞ-ın Maduronu tanımama və Xuan Guaidonu prezident təyin etməsi ilə başlayan prosesdə isə ən böyük müharibə Citgo-da baş verir. Mərkəzi ABŞ-da olan şirkətin Guaidoya keçməsi üçün ABŞ-ın planları dərhal işlədi. Venesuelaya təyin olunan və müharibə əjdahası, çevriliş mütəxəssisi kimi tanınan Elliott Abrams, Citgo valyutasının Maduroya deyil, Guaidoya getməsini təmin etməyi hədəfləyir. Əsas çevriliş də şirkətin idarə heyətində olacaq. ABŞ Guaidonun əlini gücləndirmək üçün şirkətdən gələn pulların hamısının Maduro hökumətinə getməsinə mane olmağı planlaşdırır. Əlbəttə, bu hüquqsuz hərəkət üçün lazımi demokratik bəzəklər də düşünülüb. ABŞ mərkəzli şirkət maliyyə baxımından hüquqi olaraq nəzarətə alınıb və münasib bir bəhanə ilə idarə heyətinin ləğv olunmasının yolları axtarılır.

Maduro isə bu həmləni görərək Citgo-nun sədri, eyni zamanda əfsanə prezident Uqo Çavesin əmisi oğlu olan Asdrubal Çavesi Karakasa çağırdı. Ancaq Çavesin getməsilə Citgo-nun idarə heyəti maraqlı bir şəkildə tam olaraq Bahamalarda açılan yeni filiallarını yoxlamağa getdi. Şirkət sanki bir müdaxiləyə açıq hala gətirildi.
ABŞ-lı mənbələrə görə, Guaidonun yeni idarə heyəti və sədr aparatı çoxdan hazırdır. Qrupun içində əhəmiyyətli üst səviyyə Amerikalı idarəçilər də var. Guaidonun planı isə Venesuelanın ən əhəmiyyətli pul vəsaitini ələ keçirmək, ABŞ-ın sanksiyalarının yumşaldılması ilə Citgo-nun dəyərini yüksəltmək və şirkəti özəlləşdirməkdir. Bu planlar bir yerlərdən sizə tanış gəlir əlbəttə.

Təyin olunan prezidentin başqa planları da var. Daha indidən BVF və Dünya Bankı ilə uzun müddətli kreditlər üçün görüşüb. Pulların gəlməsi ilə birlikdə, ABŞ-ın dəstəyini alaraq neft çıxarma sahələrində yeni bir qanuni tənzimləmə edəcək və Çavesin xarici şirkətlərin axtarış aparmasını əngəlləyən qanununu ləğv edəcək. Sonra da bütün neft yataqlarını dünyanın ən böyük şirkətlərinə açacaq. Yer üzünün ən zəngin neft yataqlarına illərdir yanaşa bilməyən enerji nəhənglərinin bu qərarı necə səbirsizliklə gözlədiyini siz düşünün.

ABŞ-ın bu planlarının qarşısında isə Rusiya dayanır. Venesuela Rus firması Rosneftə çox böyük miqdarda borclanmış vəziyyətdədir. ABŞ-ın Maduronu çətin vəziyyətdə qoymaq üçün Citgo-dan gələn pulu tamamilə kəsildiyi təqdirdə Rus neft firması borcları üçün Venesuelanın ABŞ-dakı varlıqlarına əl qoya bilər. Çünki Citgo-nun 49,9 faizi PdVSA-nın Rosneftə olan borclarına qarşı təminat olaraq göstərilir. Təbii ki, ABŞ-ın buna göz yumması mümkün deyil. Bu halda şirkətin ortağı olan bir firmaya satışı gündəmə gələ bilər. Guaidonun xarici şirkətlərə açılma qərarını səbirsizliklə gözləyən şirkətlərin hazırda umduğu hadisə də budur. (Müxalifət.az)

pia.az


Etiket: ABŞ Venesuela

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Ərəstun Oruclu: İranla müharibə olarsa, Demokratlar İsrailə dəstək versələr də, verməsələr də seçkiləri uduzacaqlar...

“8-ci kilometr bazarı”ndakı yanğında bir nəfər zəhərlənib - Yenilənib

ŞOK! Annalena Berbok bu afrikalı kişidən intim xidmət alıb: Pul qarşılığında...

Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham edilir? 

Hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda... - Nazirlər Kabinetindən qərar

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay