Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Belələrinin rüsvayçı məğlubiyyəti mütləqdir” – Media rəhbəri

“Meydan və küçə təfəkkürlü köhnə müxalifətin siyasi uğur qazanacağını düşünənlər kökündən yanılırlar. Bu gün radikal qruplar özləri barədə yüksək fikirləri ilə hələ də utopik xəyallardan, nostalji hisslərdən ayrılmadıqlarını ortaya qoyurlar. Hələ də 1990-cı illərin eyforiyasından ayıla bilməyən müxalifət liderlərinin indiki dövrdə də eyni çağırışlar etmələri, o cümlədən, şüarlarının dəyişilməməsi onların bu illər ərzində öz yerlərində addımladıqlarının aşkar göstəricisidir”

Bunu Teleqraf.com-a açıqlamasında “Səs” Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev bildirib.

O qeyd edib ki, radikal düşərgəyə mənsub olanlar kütləvi mitinqlərdən, itaətsizlikdən, yaxud iğtişaşlardan dəm vururlar:

“Dünyanın kosmik əsrdə yaşayıb, tərəqqi etdiyi bir dövrdə özlərini lider adlandıranların küçə, yaxud çayxana müxalifətçiliyi dilində danışmaları müasir ictimai rəydə, eləcə də siyasi cəhətdən təfəkkürləri inkişaf edən insanlarda onlara qarşı istehza doğurur. Çünki bu gün həmin müxalifətin hakimiyyətdə olduğu zamanı çoxları unutmayıb. Məhz bu müxalifət iqtidarda olduğu zaman nəinki siyasilərə, eləcə də media mənsublarına qarşı nə qədər amansızlıqlar törədib, xoşlarına gəlməyən tənqidi yazı və məqalələri, qəzetləri jurnalistlərə zorla yedirdiblər”.

Media rəhbəri bildirib ki, xalq belə müxalifəti heç vaxt dəstəkləməyib və dəstəkləməyəcək. Çünki xalq sabitliyin, inkişaf və tərəqqinin – mövcud iqtidarın, bu iqtidarın yürütdüyü qətiyyətli, məqsədyönlü siyasətin yanındadır.

B.Quliyevin sözlərinə görə, eyforiya və total anarxiya üzərində aparılan bənzər siyasətlər hər zaman məhvə, süquta və uğursuzluğa məhkum olub:

“Hansı müxalifət partiyası olmasından asılı olmayaraq, əgər həmin partiyanın rəhbərliyi özünü cəmiyyətə zorla, lüzumsuz çıxışları ilə lider kimi təqdim edirsə, habelə izafi eyforiyaya qapılaraq, total anarxiya siyasəti ilə hakimiyyətə gələcəyini hesab edirsə, belələrinin məğlubiyyəti, hətta deyərdim ki, rüsvayçı məğlubiyyəti mütləqdir. Göründüyü kimi, mitinqlər, kütləvi aksiyalar vasitəsilə daxillərindəki çirkabı növbəti dəfə nümayiş etdirən bu dırnaqarası liderlər, öncə qeyd etdiyim kimi, 1990-cı illərin həndəvərində var-gəl edirlər. Bu var-gəllər isə faktiki olaraq nəticəsiz qalır”.

pia.az


Etiket: Bəhruz Quliyev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən şəxsin kimliyi məlum olub - Yenilənib

Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham edilir? 

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski" Bakıda həbs edilib

Dövlət qulluqçularının ömürlük müavinətinin hansı halda dayandırılacağı məlum olub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay