Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan-Almaniya iqtisadi əlaqələri müzakirə edilib

İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının deputatı, İqtisadiyyat və Energetika Komitəsinin üzvü Mark Hauptmann ilə görüşüb

Ş.Mustafayev Azərbaycan-Almaniya çoxşaxəli əməkdaşlığının inkişaf etdiyini vurğulayıb, Almaniya kansleri Angela Merkelin bu ilin avqust ayında ölkəmizə səfərinin əlaqələrin inkişafında önəmini diqqətə çatdırıb. Almaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. 2018-ci ilin yanvar-sentyabr ayları üzrə ölkələrimiz arasında ticarət dövriyyəsi 80% artıb və Azərbaycanın ticarət dövriyyəsində Almaniya 4-cü yerdədir. Ümumilikdə, bu ilin 9 ayında Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət əlaqələri 42% artıb. Azərbaycanda 200-dən çox Almaniya şirkəti qeydiyyatdan keçib. Bu şirkətlər dövlət əsaslı podrat layihələrində də iştirak edirlər. Alman-Azərbaycan Xarici Ticarət Palatası fəaliyyət göstərir, hər iki ölkənin işgüzar dairələrinin iştirakı ilə biznes forumlar, işgüzar görüşlər və digər tədbirlər keçirilir. Qarşılıqlı razılaşmaya əsasən, Azərbaycanlı sahibkar və gənc menecerlər Almaniyada ixtisasartırma kursu keçirlər. Sumqayıt Kimya Sənaye Parkında Almaniya təcrübəsi əsasında Peşə Tədris Mərkəzi yaradılır. Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə müxtəlif layihələr üzrə əməkdaşlıq həyata keçirilir. Ölkəmizin Almaniya ilə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edən nazir Ş.Mustafayev enerji, tranzit, kənd təsərrüfatı, sənaye, elektrotexniki avadanlıqların istehsalı, turizm, əczaçılıq və s. sahələrdə əlaqələrin inkişafı üçün imkanları diqqətə çatdırıb.

Almaniya Bundestaqının deputatı, İqtisadiyyat və Energetika Komitəsinin üzvü M.Hauptmann Almaniya-Azərbaycan əməkdaşlığını yüksək qiymətləndirib, əlaqələrin ildən-ilə genişləndiyini, Almaniya kansleri Angela Merkelin bu ilin avqustunda Azərbaycana səfərinin əlaqələrin inkişafına əlavə stimul verdiyini qeyd edib. M.Hauptman Azərbaycana bir sıra şirkətlərin təmsilçiləri ilə səfər etdiyini və Azərbaycan şirkətləri ilə görüşlərin keçirildiyini, belə görüşlərin davamlı olacağını qeyd edib. Azərbaycan iqtisadiyyatının inkişafını, Almaniyanın Cənub Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 70%-dən çoxunun Azərbaycanın payına düşdüyünü vurğulayan M.Hauptmann ölkəsinin Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu bildirib. Qeyd olunub ki, bir sıra sahələrdə olduğu kimi, peşə təhsili sahəsində də ölkələrimiz əməkdaşlıq edir və Almaniya bu sahədə də əlaqələrin inkişafında maraqlıdır.

Görüşdə iştirak edən Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauser bir sıra sahələrdə, o cümlədən peşə təhsili sahəsində Azərbaycan - Almaniya əməkdaşlığına dair fikirlərini bölüşüb.

Görüşdə iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.(Trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri

Ərəstun Oruclu: İranla müharibə olarsa, Demokratlar İsrailə dəstək versələr də, verməsələr də seçkiləri uduzacaqlar...

“8-ci kilometr bazarı”ndakı yanğında bir nəfər zəhərlənib - Yenilənib

ŞOK! Annalena Berbok bu afrikalı kişidən intim xidmət alıb: Pul qarşılığında...

Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham edilir? 

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda... - Nazirlər Kabinetindən qərar

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay