Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Paşinyanın məşhur “Sülh qovşağı” layihəsi İran və Hindistanın imzaladığı yeni nəqliyyat şəbəkəsində nəzərə alınmayıb...

Politoloq: “Bu dəhliz Ermənistan üzərindən Gürcüstana, oradan isə Türkiyəyə və digər ölkələrə uzanmalı idi. Ancaq reallıq ondan ibarətdir ki, Azərbaycan bu xain planı pozdu”.

“Son günlərdə Ermənistan rəhbərliyi səviyyəsində bütün kommunikasiyaların, nəqliyyat kommunikasiyaların açılmasına hazır olduqlarını bildirirlər”.

Bu sözləri politoloq Natiq Miri Ermənistanın Baş nazirinin iflasa uğrayan “Sülh qovşağı” layihəsini Poliqon-a şərh edərkən qeyd edib.

Dünən İran və Hindistan Çabahardakı Şəhid Beheşti limanının modernləşdirilməsi və istismarı ilə bağlı uzunmüddətli saziş imzalayıblar. Yayılan açıqlamada bildirilir ki, Çabahar limanı vasitəsilə Hindistanın İranın avtomobil və dəmir yolu şəbəkəsi vasitəsilə Əfqanıstan, Mərkəzi Asiya, Türkiyə, Azərbaycan, Gürcüstan, SuriyaRusiyaya çıxış əldə edəcək. Bilirik ki, Ermənistan höküməti uzun müddətdir ki, bu marşurut üzərində planlar qururdu. Hətta Paşinyanın məşhur “Sülh qovşağı” layihəsi də bu marşurut üzərində hazırlanmışdı.

İndi marşurutda Ermənistanın adının çəkilməməsi nədən xəbər verir və bu o deməkdirmi ki, Ermənistanın xəyal etdiyi layihə artıq öz önəmini itirib?

Mövzunu Poliqon-un əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Yaxın gələcəkdə region həm regional, həm qlobal güclər üçün əsas diqqət olacaq bir dəhlizə, yəni nəqliyyat kommunikasiya sisteminə çevriləcək”.

Yüklərin əsas daşınma yolunun daha yaxın və operativ olduğu üçün məhz “Zəngəzur dəhlizi” vasitəsilə həyata keçirilicəyini düşünən politoloq bildirib ki, Ermənistan da bu yolun əsas hissədarı olacaq:

“Hindistan və İranı Azərbaycan üzərindən, yəni Şimal-Cənub Dəhlizi üzərindən Azərbaycandan keçməklə Gürcüstana, Türkiyəyə oradan Avropaya və eyni zamanda Yaxın Şərq ölkələrinə çıxışı təmin etməlidir. Bu bir məcburiyyətdir. Əvvəlcə bu İranErmənistan üzərindən keçirilməsi düşünülürdü. Yəni bu dəhliz Ermənistan üzərindən Gürcüstana, oradan isə Türkiyəyə və digər ölkələrə uzanmalı idi. Ancaq reallıq ondan ibarətdir ki, Azərbaycan bu xain planı pozdu.

Ortada bir də sərhədlərin delimitasiya məsələsi var. Qazaxın dörd kəndi qaytarılandan sonra digər anklavda olan kəndlərin qaytarılması da müzakirə predmetidir. Bu gün olmasa da, sabah bu məsələ gündəmə gələcək. Buna görə də, Hindistan və İran bu məsələləri bu gün üçün deyil, perspektiv üçün imzalıyırlar. Bunu nəzərə almamış deyillər. Çünki bu kəndlərin qaytarılacağı təqdirdə Gürcüstana gedən yolun Azərbaycanın nəzarətində olacağını anlayırlar.

Bundan başqa bir də, Şimal-Cənub Dəhlizi Rusiyaya çıxışı məhz Azərbaycan vasitəsilə mümkün edir. Çünki Şimal-Cənub Dəhlizinin əsas birləşdirici körpüsü Azərbaycandır. Ona görə RusiyaRusiya bazarlarına və Rusiyada digər bölgələrə çıxışı təmin etmək üçün yenə də Şimal-Cənub Dəhlizinin əsas bağlayıcısı Azərbaycana ehtiyac var. Yəni hər tərəfdən nə düşünürlərsə, düşünsünlər Azərbaycana möhtacdırlar. Buna görə də bu məsələdə Azərbaycanla əməkdaşlıq etmək və özlərinin yeni nəqliyyat kommunikasiya sistemlərində əlbəttə ki, ticari,iqtisadi, siyasi, geosiyasi maraqlarını təmin etmək istəyirlər. Bu məsələdə artıq Ermənistanın maraqları nəzərə alınmır. Çünki hər dövlətin özünün geosiyasi, iqtisadi, geoiqtisadi maraqları var.

Natiq Miri: “Naxçıvanın Azərbaycana birləşdirən yolun, Zəngəzur yolunun açılması da uzaq perspektivdə deyil”.

Bundan başqa bu həm də başqa bir məcburiyyət yaradır. Son günlərdə Ermənistan rəhbərliyi səviyyəsində bütün kommunikasiyaların, nəqliyyat kommunikasiyaların açılmasına hazır olduqlarını bildirirlər. Doğrudur, öz şərtlərini diqtə edirlər, ancaq hər bir halda bütün danışıqlara açıq olduqlarını da bəyan edirlər. Həm bu faktın özü də göstərir ki, Naxçıvanın Azərbaycana birləşdirən yolun, Zəngəzur yolunun açılması da uzaq perspektivdə deyil.

Belə olarsa, əlbəttə Ermənistan da itkiləri müəyyən mənada kompensasiya edə bilər. Çünki yüklərin əsas daşınması daha yaxın və operativ olduğu üçün məhz “Zəngəzur dəhlizi” vasitəsilə həyata keçirilicək ki, burada da Ermənistan tranzit yolu ilə pul qazanacaq.

Eyni zamanda, yaxın gələcəkdə region həm regional, həm qlobal güclər üçün əsas diqqət olacaq bir dəhlizə, yəni nəqliyyat kommunikasiya sisteminə çevriləcək. Çünki Ukrayna Rusiya və Yaxın Şərqdə olan müharibələr fonunda Orta Dəhlizin əhəmiyyəti dəfələrlə artıb”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur meyxanaçının evinə basqın edildi    

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

AzTV-nin sədr müavini vəzifəsindən getdi - Başqa kanala rəhbər gətirilir

Məşhur iş adamı külli miqdarda cərimə edilə bilər

Netanyahu: İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Xəzər dənizində 52 yaşlı balıqçı batıb - Video    

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər     

Ən çox oxunanalar