Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kanada 2 milyard dollarlıq qırıcılarla müqayisə olunacaq PUA alır

Kanada onlarla müasir döyüş pilotsuz uçuş aparatına (PUA) 2,49 milyard Kanada dolları (təxminən 1,9 milyard ABŞ dolları) xərcləyəcək...

Poliqon xəbər verir ki, bu barədə Kanada Müdafiə Nazirliyi məlumat yayıb.

"Kanada hökuməti Uzaqdan İdarə olunan Təyyarə Sistemlərinin (RPAS) alınmasına 2,49 milyard dollar sərmayə qoyacaq. Bu satınalma General Atomics Aeronautical Systems ilə birbaşa kommersiya müqaviləsi əsasında həyata keçiriləcək və bəzi fərdi komponentlər ABŞ hökumətinin Xarici Hərbi Təchizat Proqramı vasitəsilə alınacaq", deyə məlumatda bildirilir.

Qeyd edilir ki, yeni hərbi PUA-lar ölçüsünə görə qırıcı təyyarə ilə müqayisə olunacaq.

"Kiçik pilotsuz təyyarələrdən fərqli olaraq, RPAS pilotlu nəqliyyat vasitələrinin ciddi uçuş standartlarına uyğun olaraq hazırlanacaq və sertifikatlaşdırılacaq", deyə Müdafiə Nazirliyi vurğulayıb.

Ümumilikdə Kanada 11 pilotsuz təyyarə və onlar üçün bəzi döyüş sursatları, 6 yerüstü idarəetmə məntəqəsi, bir neçə təlim simulyatoru və müvafiq xidmətlər alacaq.

Pilotsuz təyyarələr Britaniya Kolumbiyası və Yeni Şotlandiya əyalətlərindəki hərbi bazalarda yerləşəcək və Ottavada mərkəzi yerüstü uçuş idarəetmə mərkəzi yaradılacaq. "İlk tədarük 2028-ci ildə, tam istismar gücünə yiyələnmək isə 2033-cü ilə qədər gözlənilir", deyə nazirlik vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Bakıda azyaşlı övladını girov götürən və zərərsizləşdirilən şəxs "Beton Xosrov" ləqəbli tanınmış idmançı olub - Təfərrüat

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Ədalət Şükürov bağını nümayiş etdirdi - Video

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Bakıda arıçılıq məhsullarının növbəti Sərgi-Satış Yarmarkası keçiriləcək

Ən çox oxunanalar