Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın İsrailə hücumundan əvvəl Tehran və Vaşinqton Ankara vasitəsilə əlaqə saxlayıb

Türkiyə XİN: İranın İsrailə hücumundan əvvəl Tehran və Vaşinqton Ankara vasitəsilə əlaqə saxlayıb...

Türkiyə XİN: İranın İsrailə hücumundan əvvəl Tehran və Vaşinqton Ankara vasitəsilə əlaqə saxlayıb

İranın İsrailə hücumundan əvvəl Tehran və Vaşinqton Ankara vasitəsilə əlaqə saxlayıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Hadisədən əvvəl biz İranABŞ rəsmiləri ilə əlaqə saxladıq və onları mülayim olmağa çağırdıq. Dövlətimiz vasitəsilə tərəflər qarşılıqlı gözləntilər və mesajlar çatdırıb, reaksiyaların proporsionallığını təmin etmək üçün lazımi təşəbbüslər həyata keçirilib”, – bəyanatda qeyd olunub.

Həmçinin bildirilib ki, Türkiyə “İran rəsmilərinə və İsrailə təsiri olan Qərb ölkələrinə gərginliyə son qoymağa çağırış edir”.

Xarici İşlər Nazirliyi xatırladıb ki, Türkiyə tərəflərə İsrailin Qəzza zolağında apardığı müharibənin genişlənməsi və eskalasiya riski daşıdığı barədə xəbərdarlıq edib.

“İsrailin İranın Dəməşqdəki səfirliyinə hücumu beynəlxalq hüquq normalarına zidd olaraq bu narahatlıqları əsaslandırıb. İranın bu hücuma reaksiyası və ondan sonrakı hadisələr bir daha göstərib ki, hadisələr sürətlə regional müharibəyə çevrilə bilər. Hadisələrin inkişafının qarşısını almaq üçün səylərimizi davam etdirəcəyik”, – XİN vurğulayıb.

Xatırladaq ki, daha öncə "Reuters" Tehranın İsrailə qarşı planlaşdırılan əməliyyatla bağlı Ankaranı əvvəlcədən məlumatlandırdığını bildirmişdi.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

“8-ci kilometr bazarı”ndakı yanğında bir nəfər zəhərlənib - Yenilənib

Ərəstun Oruclu: İranla müharibə olarsa, Demokratlar İsrailə dəstək versələr də, verməsələr də seçkiləri uduzacaqlar...

ŞOK! Annalena Berbok bu afrikalı kişidən intim xidmət alıb: Pul qarşılığında...

Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham edilir? 

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

Şahin İsmayılov Ramiz Mehdiyevə necə xəyanət etdi? -Faktlar

Hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri

Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda... - Nazirlər Kabinetindən qərar

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay